Amerikada Xristofor Kolumb Günü

Oktyabrın ikinci bazar ertəsi ABŞ-da bir çox insan avropalıların Amerika qitəsinin kəşf səyahətinə rəhbərlik edən Xristofor Kolumbun xatirəsini anır.

1492-ci il oktyabrın 12-də onun komandanlığı altında üç gəmi indiki Baham adaları arxipelaqına çatıb və bu torpaqları İspaniya ərazisi elan edib. Səyahətdə məqsəd Uzaq Şərqə daha qısa, daha təhlükəsiz yol tapmaq, beləliklə də Afrika ətrafında uzun səyahəti aradan qaldırmaq idi. Belə bir qısa yol tarixdə ən cəsarətli və əlamətdar səyahəti maliyyələşdirən İspan krallığı üçün böyük iqtisadi dəyərə malik idi.

Lakin o, səyahətini İspaniya adından etsə də, Kolumb özü Genuyadan olan italyan dənizçi idi və bu səbəbdən Kolumb günü italyan əsilli insanların və onların nailiyyətlərinin bayramı kimi tanınmağa başlanıb.

Ancaq heç hamı Kolumb və onun kəşf səyahətini qeyd etməkdən məmnun deyildi, çünki bu, tez bir zamanda Avropa fatehlərinin və müstəmləkəçilərinin axını ilə müşayiət olunub, yerli əhali üçün fəlakətə səbəb olub.

Kolumb, onun adamları və onların ardınca gedənlərin bir çoxu yerli əhaliyə qarşı qəddarlıq nümayiş etdirərək onları əsarət altına alıb, istismar edib. Avropa xəstəliklərinə heç bir immuniteti olmayan yerli əhali xəstəliklərə yoluxdururdu.

Avropalılar Amerikada məskunlaşdıqca bu nümunə başqa yerlərdə də təkrarlanırdı. Beləliklə, bu gün bir çox insan, xüsusən də italyan mənşəlilər Kolumb Gününü oktyabrın ikinci bazar ertəsi qeyd edərkən, 26 ştat və ölkənin bir çox şəhərləri və təşkilatları əks bayram keçirir: Yerli Xalqlar Günü.

Bu dixotomiya Ağ Evə qədər uzanıb. Keçən il prezident Co Bayden iki tətil elan edib. Birincisi, Kolumb Günü. Prezident qeyd edib ki, [Kolumbun] səyahəti bir çoxlarını ruhlandırıb və nəticədə bütün dünyada immiqrantlar üçün mayak olan Amerikanın qurulmasına töhfə verilib.

İkincisi, "Yerli Xalqlar Günüdür. Bayden deyib ki, biz yerli amerikalıların dünyaya verdiyi suverenliyə, möhkəmliyə və böyük töhfələrə ehtiramla yanaşırıq.

“Yerli Xalqlar Günündə biz etiraf edirik ki, özlərini amerikalı adlandıranların bəziləri bu qitədə minlərlə ildir yaşayan xalqların nəslindəndir. Digərləri isə bir çox mədəniyyətlərdən və dünyanın hər yerindən daha yaxşı həyat axtararaq gəlmişlər və ya gələnlərin nəslindəndirlər. Və onların hamısı bugünkü kimliyimizə töhfə verib”, prezident qeyd edib.