Accessibility links

Breaking News

ÜST səhiyyə böhranlarına qarşı mübarizədə qeyri-effektivdir


Amerika Birləşmiş Ştatları uzun müddət dünyadakı insanlara sağlamlıq və humanitar yardım baxımından ən səxavətli təminatçı olub. Yardımlar amerikalı vergi ödəyicilərinin dəstəyi ilə faydalı məqsədlərə xidmət göstərir və yardımları ehtiyac içərisində olanlara çatacağı gözlənildiyi üçün təmin edir.

"Təəssüf ki, Ümumdünya Səhiyyə Təşkilatının yalnız COVID-19-a deyil, son onilliklərdə digər səhiyyə böhranlarına cavab tədbirləri uğursuz olub. Bundan əlavə, ÜST Çin Kommunist Partiyasından müstəqilliyini nümayiş etdirməyə başlamaq da daxil olmaqla tələb olunan islahatları həyata keçirməkdən imtina edib," ABŞ Dövlət Departamenitinin sözçüsü Morqan Ortaqus bəyanatında bildirib.

Nəticədə ABŞ 2021-ci iliniyulun 6-dan etibarən ÜST-dən rəsmən çıxacağını elan edib.

ABŞ xarici səhiyyə yardımlarıına öhdəliklərinə sadiq qalır. Qurumdan çıxış ərəfəsində ABŞ əsas dövlət agentlikləri və özəl sektorun təcrübəsindən istifadə edərək, sürətlə yayılan yoluxucu xəstəliklərin qarşısını almaq, aşkarlamaq və cavab vermək üçün lazımi dəstəyi təmin etmək yollarını araşdırır.

2001-ci ildən bəri ABŞ hökuməti HİV/QİÇS, malyariya, vərəm, ebola və digər təhlükəli xəstəliklərin qarşısının alınması, aşkarlanması və müalicəsində 142 milyard dollardan çox yardım göstərib.

"Qlobal sağlamlıq üçün ildə orta hesabla 10 milyard dollar veririk və bu il dünya miqyasında COVID-19 ilə mübarizə üçün bu məbləğiikiqat artıracağıq," USAID-in Qlobal Sağlamlıq üzrə administrator köməkçisi Doktor Alma Qolden bildirib.

Birləşmiş Ştatlar ÜST-dən çıxmasının ən həssas təbəqələrə göstərilən ümumi səhiyyə yardımının səviyyəsinə təsir etməməsini təmin etməkdə qərarlıdır.

"Amerika Birləşmiş Ştatları səyləri ilə dünyaya sağlamlıq və humanitar yardımlara liderlik edir. Biz səxavətimizin birbaşa dünyadakı insanlara çatmasını təmin etməyə borcluyuq," Doktor Qolden əlavə edib.

XS
SM
MD
LG