"Birləşmiş Ştatlar Çin Xalq Respublikasında amerikalı və digər xarici jurnalistlərin getdikcə daha ciddi izlənməsi, təqib edilməsi və təhdid edilməsindən çox narahatdır" - deyə, Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.
Bəyanatında cənab Prays bu cür təcavüzün ən son nümunəsini qeyd edib: Henan əyalətinin mərkəzində baş verən dağıdıcı daşqın və insan tələfatlarını işıqlandıran xarici jurnalistlərin təhlükəli şəkildə qorxutması. Bir neçə jurnalist internetdə zorakılıq təhdidinə məruz qalıb, digərləri isə fiziki olaraq qəzəbli kütlə ilə üzləşib.
Mətbuat katibi Praysın yazdığı kimi, Çin Xalq Respublikasının "rəsmi dövlət mediası vasitəsi ilə ÇXR-in siyasətini tənqid etdiyini düşündüyü hər hansı bir xəbərə yönəltdiyi sərt ritorikası internetdə şifahi təhqir və sadəcə öz işlərini görən jurnalistlərin ölümlə hədələnməsi də daxil olmaqla, cəmiyyətdə şəxsi qarşıdurma və təcavüzə gətirib çıxaran mənfi fikirlər oyatdı."
Bu yaxınlarda keçirdiyi mətbuat konfransında Çin Xarici İşlər Nazirliyinin sözçüsü Jao Litzian "xarici müxbirlər üçün Çində xəbər mühitinin açıq və azad olduğunu" bildirib. Bu, belə deyil. Çinin Xarici Müxbirlər Klubunun mətbuat azadlığı ilə bağlı illik hesabatına görə, sorğuda iştirak edən müxbirlərin 82 faizi xəbərlərin işıqlandırılması zamanı müdaxilə və təcavüzə məruz qaldığını və ya təhqir olunduğunu bildirib.
ABŞ Dövlət Departamentinin Çin Xalq Respublikasında insan haqlarının durumu ilə bağlı son hesabatında "hökumətin xarici jurnalistlərə qarşı təqiblərinin Sincanda xüsusilə aqressiv olduğunu" və buraya daimi nəzarət, yol qəzaları, yolların tıxanması və kiberhücumların daxil olduğu qeyd edilib. Burada həmçinin 2020 -ci ildə Wall Street Journal qəzetinin üç müxbirinin ölkədən çıxarılması və hökumətin Washington Post, Wall Street Journal və Amerikanın Səsinin xarici missiya olaraq müəyyən edərək, "bunların hər üçünü hökumətə işçi heyəti və maliyyə vəziyyəti, eləcə də ölkə daxilində əməliyyatlar haqqında məlumat verməyə məcbur etməsi" qeyd edilib.
Bundan əlavə, Dövlət Departamenti Çin Xalq Respublikası rəsmiləri tərəfindən vizaların yenilənməsi prosedurundan jurnalistləri sınağa çəkmək və əlavə xarici müxbirləri ölkədən çıxarmaq üçün istifadə edildiyini, xarici mətbuat orqanlarında çalışan yerli işçilərin isə artan təzyiq və təhdidlərə məruz qaldığını bildirib.
Pekinin xarici mediaya qarşı intensivləşdirdiyi kampaniya ölkənin 2022-ci il Qış Olimpiya Oyunlarına ev sahibliyi etməsinə bir neçə ay qaldığı baş verir. Mətbuat katibi Prays Çin Xalq Respublikasını qarşıdakı oyunlarda "xarici mətbuatı və dünyanı qarşılamağa ümid edən məsuliyyətli bir ölkə olaraq davranmağa" çağırıb.
O, Tyantzində Çin Xalq Respublikası rəsmiləri ilə son görüşündə ABŞ Dövlət Katibinin müavini Vendi Şermanın mediaya çıxış imkanı, təzyiqlərdən azad olmanın və mətbuat azadlığının əhəmiyyətini vurğuladığını qeyd edib. "Biz Çin Xalq Respublikasının rəsmilərini jurnalistlərin təhlükəsizliyi və azad şəkildə xəbər verə bilməsini təmin etməyə çağırırıq" - deyə, cənab Prays bildirib.