Accessibility links

Breaking News

Tehranda  dəhşətli ölüm


İranın Kürdüstan əyalətindən olan iyirmi iki yaşlı Məhsa Əmini sentyabrın 13-də ailəsi ilə birlikdə Tehrana səfər edib. Məhsa ailə üzvləri ilə birlikdə metrodan çıxarkən Tehranda əxlaq polisi tərəfindən hicabı "düzgün geymədiyi" iddiası ilə həbs edilib və Vorzara İstintaq Təcridxanasına aparılıb.

Üç gün sonra onun beyin ölümü elan edilib. Dövlətə bağlı media Əmininin infarkt keçirdiyini iddia etsə də, ailəsi onun sağlam olduğunu deyir.

Tanınmış insan haqları qeyri-hökumət təşkilatı İran İnsan Haqları Mərkəzinin icraçı direktoru Hadi Qaeminin dediyinə görə, Əmini "dövlətin məcburi hicab qanunu adı altında həbs olunub və qısa müddət sonra ölüb. Hökumət onun ölümünə və bu ayrı-seçkilik yaradan, qeyri-insani qanun adı altında qadınların onilliklər boyu təqiblərə məruz qalmasına, həbs edilməsinə və başqa şəkildə zərər çəkməsinə görə məsuliyyət daşıyır".

İranın bir çox şəhərlərində, o cümlədən Tehranda və Kürdüstan əyalətində rəsmilərin Əminiyə qarşı rəftarı ilə bağlı nümayişlər keçirir. Dinc nümayişçilər şiddətlə qarşılanıb və İranda hüquq pozuntularını izləyən İnsan Haqları Fəalları Xəbər Agentliyi etirazlar zamanı öldürülən azı 54 nümayişçinin şəxsiyyətini müəyyənləşdirib.

Əminin polis nəzarətində olan dəhşətli ölümü ABŞ, Avropa İttifaqı və BMT tərəfindən pislənib.

ABŞ Dövlət katibi Antoni Blinken Twitter hesabından verdiyi açıqlamada "Məhsa Əmini bu gün sağ olmalı idi. Əvəzində ABŞ və İran xalqı ona yas tutur. Biz İran hökumətini sistematik təqiblərinə son qoymağa çağırırıq."

Mətbuat brifinqində Milli Təhlükəsizlik Müşaviri Ceyk Sallivan deyib: "Əmininin ölümü bir rejimin tam repressiyasının və qəddarlığının əksidir. Sadəcə olaraq öz əsas hüququndan istifadə etmək istəyən bir qadın bu şəkildə ölə bilər. Təəccüblü deyil ki, biz İranda cəmiyyətin bütün təbəqələrində olan insanların buna kəskin etirazlarını bildirərək, onların yaşamaq istədikləri cəmiyyət olmadığını deyir.

Milli Təhlükəsizlik müşaviri Sallivan deyib ki, bu, heç bir ölkənin İnsan Haqlarının Ümumdünya Bəyannaməsindən irəli gələn öhdəliklərinə uyğun gəlmir və bu, Birləşmiş Ştatların birmənalı şəkildə əleyhinə çıxdığı bir şeydir."

XS
SM
MD
LG