Accessibility links

Breaking News

İnsan alverinə qarşı mübarizə


ABŞ Dövlət katibi Antoni Blinkenin sözlərinə görə, insan alveri "hər bir insanın öz həyatı və əməllərində muxtariyyətə malik universal hüququnu pozur".

"Bu gün dünyada 27 milyondan çox insan bu hüquqdan məhrumdur. İnsan alveri qanunun aliliyini zəiflətməklə, tədarük zəncirlərini pozmaqla, işçiləri istismar etməklə və zorakılığı gücləndirməklə cəmiyyətimizə zərər vurur. Bu, qeyri-mütənasib şəkildə ənənəvi olaraq qadınlar, LGBTQI+ insanlar, əlillər, etnik və dini azlıqlar kimi təcrid olunmuş qruplara təsir edir".

İyunun 15-də ABŞ Dövlət Departamenti hökumətlərin, o cümlədən ABŞ-ın bu dəhşətli cinayətlə mübarizə səylərinə dair dünyada ən əhatəli hesabat olan illik İnsan Alveri Hesabatını açıqlayıb.

Blinken bildirib ki, builki hesabat dünyada davamlı tərəqqinin mənzərəsini əks etdirir, onlarla ölkə insan alverinin qarşısının alınması, sağ qalanların qorunması və bu cinayəti törədənlərin mühakimə olunmasında mühüm nailiyyətlər əldə edib.

O, misal olaraq Seyşel adalarını göstərib. Orada hökumət insan alverini ifşa etmək üçün polis və hava limanı işçilərinə daha intensiv təlimlər verib; Honq Konq insan alveri qurbanlarına xarici ölkələrdə işləmək haqda fırıldaqçılıq barədə məlumat vermək və kömək almaq üçün yeni qaynar xətt işə salıb; Danimarka qurbanları müəyyən etmək və insan alverçilərini mühakimə etmək üçün daha çox vəsait ayırıb. Dövlət katibi Blinkenin sözlərinə görə, hesabatda bir sıra narahatlıq doğuran tendensiyalar da vurğulanır:

"Birincisi, bu, məcburi əməyin davamlı yayılmasıdır. Pandemiyanın bütün dünyada tədarük zəncirlərini pozduğuna görə istismarçı işəgötürənlər az maaş alan və daha həssas işçilərdən faydalanmaq üçün bir çox taktikadan istifadə etdilər. İkincisi, onlayn fırıldaqlardan istifadə edərək insan alveri artıb. İnsan alverçiləri geniş yayılmış işsizlikdən istifadə edərək, qurbanları saxta iş elanları ilə işə cəlb və sonra onları beynəlxalq fırıldaqlara məcbur edir. Üçüncü, hesabat oğlanlar və gənclər kimi insan alveri qurbanlarının tez-tez gözdən qaçan seqmentinin üzləşdiyi riskləri açıqlayır. Reallıq budur ki, cinsindən və ya gender ideologiyasından asılı olmayaraq, hər kəs insan alverçilərinin hədəfinə çevrilə bilər" - deyə, Blinken bildirib.

"Ona görə də hökumətlər, vətəndaş cəmiyyəti, özəl sektor əhalinin bütün təbəqələri üçün resursları inkişaf etdirməlidir. Bizə insan alverçilərini mühakimə etmək üçün işləyən hüquq-mühafizə orqanları lazımdır. bizim travmaları nəzərə alaraq travma alanlara yardım göstərən sosial işçilərə ehtiyacımız var. Hökumətləri məsul tutan müdafiəçilərə ehtiyacımız var. Sağ qalanlara dəstək olmaq üçün icmaların bir araya gəlməsi lazımdır"- deyə, o əlavə edib.

Blinken deyib ki, Birləşmiş Ştatlar qarşısında insan alverinə birdəfəlik son qoymaq kimi kritik məqsəd dayanır.

XS
SM
MD
LG