BMT Təhlükəsizlik Şurasının on beş üzvü aprel ayının sonunda kosmosda nüvə silahlarını qadağan edən qətnamə üzərində səs verib. On üç nümayəndə qətnamənin lehinə səs verib, Çin bitərəf qalıb, təkcə biri -Rusiya- onun əleyhinə səs verib.
“Bu, Kosmos Müqaviləsini imzalayan bütün ölkələrin Yer kürəsi ətrafındakı orbitə nüvə silahları və ya başqa hər hansı kütləvi qırğın silahları daşıyan hər hansı qurğu yerləşdirməməsi ilə bağlı öhdəliklərini bir daha vurğulamış olacaqdı,” o deyib.
“O, həmçinin üzv ölkələri hətta xüsusi olaraq orbitə yerləşdirmək üçün hazırlanan nüvə silahlarını inkişaf etdirməməyə çağırardı. Və o, kosmosda nüvə partlayışı riskini azalda bilərdi.”
Rusiya BMT Baş Assambleyası qarşısında vetosunu müdafiə edərkən ABŞ və Qərb ölkələrinə qarşı bir sıra ittihamlar irəli sürüb ki, buna guya onların silah göndərmək planları daxildir. Rusiya daha sonra kosmosda hər hansı silahların yerləşdirilməsinə qadağa qoyulmasını tələb edən öz qətnaməsini təqdim edib.
Rusiyanın qətnaməsi “Üzv ölkələri birləşdirmək əvəzinə bölmək üçün nəzərdə tutulub,” səfir Vud deyib.
“Səhv anlamayın, bu, Rusiyanın gerçək niyyətini gizlədən diplomatik fasaddır. Həqiqət budur ki, Rusiyanın hazırda orbitdə bir neçə adi peyk əleyhinə silahı var ki, onlardan biri 2019-cu ildə sınaqdan keçirilib. Bundan əlavə Rusiya dəfələrlə peykləri silahlarla, o cümlədən kommersiya peyklərini hədəfə almaqla hədələyib.”
“Rusiyanın nüvə qurğusu daşıyan yeni peyk hazırladığına dair etibarlı məlumatlar var,” səfir Vud deyib. “Biz Prezident Putinin açıq şəkildə Rusiyanın kosmosa nüvə silahları gösnərmək niyyətinin olmadığını dediyini eşitmişik. Bu belə olsa idi, Rusiya bu qətnaməni veto etməzdi.”
“Rusiyanın hərəkətləri onun Kosmos Müqaviləsi üzrə mövcud hüquqi öhdəliklərinə əməl edib-etməyəcəyinə dair ciddi şübhə yaradır və bunun beynəlxalq sülh və təhlükəsizliyə təsiri ilə bağlı narahatlıq yaradır,” səfir Vud bildirib.
“Ona görə də hamımızın bu gün Kosmos Müqaviləsinə və onun nüvə silahlarının orbitdə yerləşdirilməsinin açıq şəkildə qadağan edilməsinə dəstəklə bağlı səsimizi yüksəltməyimiz çox vacibdir.”