Accessibility links

Breaking News

ABŞ-ın üzləşdiyi ən təcili təhlükəsizlik təhdidləri


Birləşmiş Ştatların 2025-ci il yanvarın 20-də hakimiyyətin dinc yolla ötürülməsinə hazırlaşdığı vaxt Milli Təhlükəsizlik müşaviri Ceyk Sallivan ABŞ-ın üzləşdiyi ən təcili təhlükəsizlik təhdidləri haqqında fikirlərini bölüşüb: “Strateji səviyyəyə nəzər salsanız, Çin Xalq Respublikası ilə rəqabət dünyanın növbəti 10, 20 və 30 ili ərzində necə görünəcəyini müəyyənləşdirəcək və buna görə də bu, gələn administrasiya üçün əsas prioritetdir”.

Sallivan vurğulayıb ki, Birləşmiş Ştatlar və Çin rəqabətlərini məsuliyyətlə idarə etmək üçün uzun müddət ərzində hər səviyyədə, xüsusən də hərbi səviyyədə kommunikasiya kanallarını qorumalıdır.

Milli Təhlükəsizlik Müşaviri deyib ki, ABŞ-ın “ən təcili” xarici siyasət problemi İran və onun dəstəklədiyi qrupların amerikalıları və Yaxın Şərqdə Amerikanın maraqlarını birbaşa təhdid edən hərəkətlərini davam etdirməsi və bununla təcili olaraq ünvanlanmasının lazım olduğunu bildirib.

“Bu ikisi [ÇXR və İran] arasında Ukraynaya qarşı Rusiyanın davam edən təcavüzkar müharibəsi var və bu, Avropanın təhlükəsizliyinə və qlobal təhlükəsizliyə daha böyük təhdiddir. Onların ardınca bu müharibədə əsgəri qüvvə təmin etməklə Şimali Koreya gəlir”.

Milli təhlükəsizlik müşaviri Sallivan vurğulayıb ki, ABŞ-ın ÇXR ilə uzunmüddətli rəqabəti də daxil olmaqla, təcili xarici siyasət məsələlərinin həllindəki uğur ikipartiyalı bir təməl tələb edir.

“Bu administrasiyada Çin Xalq Respublikası və Hind-Sakit okeanı regionu ilə bağlı yürütdüyümüz siyasətin bir çox aspektləri ikitərəfli olmuşdur. Eyni şey Ukrayna üçün resurslar və strategiyaya həm Nümayəndələr Palatasında, həm də Senatda güclü ikipartiyalı dəstəyin və səslərin olduğu Ukraynaya da aiddir. Odur ki, öz perspektivimizdən bunun davam etməsini istərdik”.

Sallivan deyib ki, bunlar gələn administrasiyanın verməli olacağı qərarlardır.

"Mən deyə bilərəm ki, söhbət ittifaqlarımıza, vətənimizdəki güc mənbələrinə, qabaqcıl texnologiyalarımızın qorunmasına sərmayə qoymaqdan gedirsə, bunlar müdafiə etməyə davam edəcəyimiz şeylərdir, çünki biz inanırıq ki, bunlar siyasi məsələlər deyil. Bunlar bu ölkənin bütün insanlarına xidmət edə biləcək Amerika məsələləridir”- deyə, Sallivan əlavə edib.

XS
SM
MD
LG