Suriyada üç illik nisbi sakitlikdən sonra zorakılığın yavaş-yavaş artması ölkədə on bir ildən bəri davam edən vətəndaş müharibəsində döyüşlərin çoxuna son qoyan strateji vəziyyəti aradan qaldırmaq təhlükəsi ilə üz-üzə qoyur. BMT baş katibinin humanitar məsələlər üzrə müavini və fövqəladə yardım koordinatoru Martin Qriffitin sözlərinə görə, noyabrın əvvəlində İdlib ətrafına atışma, hava hücumları və toqquşmlara humanitar təşkilatların dəstəklədiyi üç düşərgəyə sığınan yüzlərlə köçkün ailənin evlərini dağıdıb.
ABŞ-ın BMT-dəki nümayəndəsi Linda Tomas Qrinfild deyib ki, “Biz Suriyanın şimal-qərbində zorakılığın dayandırılması çağırışımızı təkrarlayırıq.”
“Rəqib qruplar arasında indiyədək ara-sıra baş verən insidentlər genişmiqyaslı döyüşlərə çevrilmək riski daşıyır. Mülki vətəndaşları zorakılıqdan qoruyan hərtərəfli, ümummilli atəşkəslə bağlı razılıq əldə etmək və onu həyata keçirmək bütün tərəflərin borcudur. Birləşmiş Ştatlar Suriyanın şimalında dərhal gərginliyin azaldılmasını tələb edir”.
Baş katibin müavini Qriffit deyib ki, Suriyanın mülki əhalisinin vəziyyəti həqiqətən də, getdikcə daha ümidsiz hal alır. Suriyada münaqişə 2011-ci ilin martında başlayandan bəri ölkə əhalisinin 80 faizi yardımdan asılıdır. Bu il 14,6 milyon suriyalının humanitar yardıma ehtiyacı olacaq. Gələn il bu rəqəmin 15 milyonu keçəcəyi gözlənilir.
Bu, “Daha əvvəl heç vaxt bu qədər dəhşətli olmayan bir humanitar böhrandır. Ölkədə zorakılığın güclənməsi, artan vəba epidemiyası və qışın başlaması ilə daha da ağırlaşan bir humanitar böhran,” səfir Tomas-Qrinfild bildirib.
“ABŞ, BMT-nin Toplanan Fonduna ianələri vasitəsilə də daxil olmaqla, erkən bərpa fəaliyyətlərini maliyyələşdirmək öhdəliyimizi yerinə yetirib. Bu ilin yanvar-sentyabr ayları arasında BMT 374 erkən bərpa layihəsinə 500 milyon dollardan çox vəsaitin ayrılması üzərində işləyib. Bu layihələr Suriyanın 14 qubernatorluğunun hamısında həyata keçirilib. Bunun erkən bərpa işlərində real irəliləyişi təmsil etdiyi inkar etmək olmaz. 2,4 milyondan çox suriyalı bu işdən birbaşa faydalanıb”.
Səfir Tomas Qrinfild bildirib ki, humanitar yardımın transsərhəd çatdırılması ölüm-qalım məsələsidir. “Onun davamı mənəvi baxımdan vacibdir … Biz humanitar yardımın çatdırılması ilə bağlı olmayan məsələlərlə bağlı səs-küy yaratmaqla bu seçimin aydınlığına kölgə salmaq cəhdlərinə icazə verə bilmərik.”