Accessibility links

Breaking News

2022 Beynəlxalq Din Azadlığı Hesabatı


İyirmi beş il əvvəl prezident Bill Klinton Beynəlxalq Din Azadlığı Aktını imzalayıb. Dövlət katibi Antoni Blinken 2022-ci il Beynəlxalq Din Azadlığı Hesabatını açıqlayarkən deyib ki, bu, Birləşmiş Ştatlara “təqib edilənlərə səs vermək, müdafiəçiləri gücləndirmək, bütün dünyada dini azadlığı təşviq etmək üçün bir sıra yeni alətlər” verib.

Hesabatda dünyanın 200-ə yaxın ölkə və ərazisində din azadlığının vəziyyəti haqqında faktlara əsaslanan hərtərəfli baxış təqdim olunur, deyən Blinken beləbunu izah edib: “Bu hesabat tərəfdaşlarımız və fikir ayrılığı olan ölkələrin əməllərini eyni standartlarla qiymətləndirir. Bunun məqsədi din və ya əqidə azadlığının repressiyaya məruz qaldığı sahələri vurğulamaq, hesabatlılığı təşviq etmək və nəticədə din və ya əqidə azadlığının hər yerdə hamı üçün real olduğu dünyada doğru irəliləyişə nail olmaqdır”.

Son bir ildə din azadlığının genişləndirilməsi istiqamətində irəliləyiş var. Belçika rəsmi olaraq buddist azlığını tanıyıb. Braziliyada qanunvericilər afro-braziliyalılar üçün dini azadlıq zəmanətlərini kodlaşdırıb. Kanada və Avropa İttifaqı İslamofobiya ilə mübarizə üçün ofislər yaradıb.

Mərkəzi Afrika Respublikasında isə xüsusi cinayət məhkəməsi dini əsaslı zorakılıq və digər insan hüquqları pozuntuları ilə bağlı işlərə baxmaqda davam edir.

“Lakin hesabat həm də çox narahatedici tendensiyaların yüksəlişini sənədləşdirir. Dünyanın bir çox yerində hökumətlər işgəncələr, döyülmələr, qeyri-qanuni nəzarət və sözdə yenidən təhsil düşərgələri daxil olmaqla, bir sıra üsullardan istifadə edərək dini azlıqları hədəf almaqda davam edir. Onlar, həmçinin dini azlıqların müəyyən peşələrdən kənarlaşdırılması və ya dini mərasimlər zamanı onları işləməyə məcbur etmək kimi iman və ya imansızlıq zəminində ayrı-seçkiliyin digər formalarına əl atmaqda davam ediblər” - deyə, Blinken bildirib.

“İnsan haqları müdafiəçiləri Nikaraquada Orteqa-Murillo rejiminin katolik kilsəsinə hücumları ilə bağlı həyəcan təbili çalır. Haqsız yerə həbs edilənlərdən biri rejimin vətəndaş və dini azadlıqlara basqısını tənqid edən yepiskop Rolando Alvarez “vətən xaini” damğası vurularaq 26 il həbs cəzasına məhkum edilib. İranda insanlar din azadlığı da daxil olmaqla, insan haqlarını tələb edən dinc etiraz aksiyalarını davam etdirirlər. Birmada isə hərbi rejim dini azlıqlara qarşı repressiyaları davam etdirir. Birləşmiş Ştatlar dini azadlıqları cəsarətlə müdafiə edən hər kəsin yanında olmaqda və dəstəkləməkdə davam edəcək”, Blinken qeyd edib.

XS
SM
MD
LG