Accessibility links

Breaking News

Rusiya Ukraynadan kənarda da aclıq və iztirablara səbəb olur


2016-2021-ci illər arasında kəskin qida çatışmazlığı ilə üzləşən insanların sayı 100 milyondan 160 milyona qədər artıb. Bu xoşagəlməz vəziyyətin bir çox səbəbi var ki, buna münaqişələr, iqlim dəyişikliyi və ərzaq tədarük zəncirlərinin pozulmasına və öz növbəsində kəskin inflyasiyaya səbəb olan COVID-19 pandemiyası daxildir.

Ancaq Rusiya Prezidenti Vladimir Putin Ukraynaya qarşı qəddar müharibə başlayandan bəri vəziyyət daha da pisləşib. Onun əməlləri Ukraynaya dəhşətli iztirablara səbəb olub və “qlobal qida təhlükəsizliyinə dağıdıcı təsir göstərib, çünki Ukrayna dünyanın çörək səbətlərindən biridir,” dövlət katibi Antoni Blinken bu yaxınlarda deyib.

“Rusiyanın Qara dənizdə blokadası Ukrayna taxıllarının normal təyinatlarına daşınmasının qarşısını alır. ilyonlarla ton buğda Rusiyanın blokadası səbəbilə Odesa yaxınlığındakı siloslarda və Odesa limanında sözün əsl mənasında taxıl ilə dolu gəmilərdə ilişib qalıb. Rusiya qüvvələri Ukraynanın ən məhsular əkin sahələrindən bəzirlərini zəbt ediblər. Onlar sahələrə partlayıcılar yerləşdiriblər. Onlar zəruri kənf təsərrüfatı infrastruturunu məhv ediblər.”

Rusiyanın Ukraynaya İşğalının səbəb olduğu Qida Çatışmazlığı Problemləri” ilə bağlı dəirmi masada çıxış edən dövlət katibi Antoni Blinken deyib ki, bu bu hərəkətlər məqsədli şəkildə həyata keçirilir.

“Prezidenti Putin ərzağın göndərilməsinin qarşısını alıq və təxribat maşınından aqressiv şəkildə istifadə edərək, məsuliyyəti üzərindən atır, çünki o bunun dünyanı təslim olmağa və sanksiyalara son qoymağa vadar edəcəyinə üdmid edir.”

Birləşmiş Ştatlar isə öz növbəsində beş kritik səy xəttinə yönəlmiş plan hazırlayıb.

Birinci, Birləşmiş Ştatlar təcili ehtiyacları qarşılmaq üçün yardım verir. Buna Rusiyanın Ukraynaya qarşı müharibəsi başlayandan bəri 2.8 milyard dollar dəyərində qida çatışmazlığı və başqa humanitar problemlərə yönəlmiş yardım daxildir.

İkincisi, Birləşmiş Ştatlar başqa ölkələrlə işləyərək qlobal qübrə çatışmazlığını azaltmağaa çalışır.

Üçüncüsü, biz “Gələcəyi Qidalandırmaq” təşəbbüsü vasitəsilə kənd təsərrüfatının potensialını və dayanıqlılığını gücləndiririk.

Dördüncüsü, Birləşmiş Ştatlar dünya boyu maliyyə yardımı proqramlarına dəstəyi artırmağa çalışmaqla bu böhranın makroiqtisadi şoklarını yumşaldır.

Və nəhayət Birləşmiş Ştatlar diplomatik resurslardan istifadə edərək, tərəfdaş ölkələrlə, habelə QHT-lər və özəl sektorla bu məsələ üzərində davamlı olaraq işləməyə davam edəcək.

“Biz Prezident Putinin doğru addımı atmasını səbirsizliklə gözləyirik,” dövlət katibi Blinken deyib. “Dünyanın geri qalan hissəsi təcili və kollektiv bir şəkildə bu fövqəladə vəziyyətə cavab verməlidir.”

XS
SM
MD
LG