1993-cü ildə Sudan Hökuməti terroçulara, o cümlədən Əl-Qaida terror təşkilatının lideri Osama bin Ladenə sığınacaq və dəstək verdiyinə görə ABŞ Sudanı Terrorizmin Dövlət Sponsoru kateqoriyasına daxil etmişdi.
Bu kateqoriyaya üzv olmağın ciddi fəsadları var. Belə ki, həmin sıradan olan ölkələr beynəlxalq miqyasda təcridə məruz qalırlar. İnvestorlar bu cür ölkələrdən uzaq durur, başqa ölkələr onlarla münasibət qurmaqdan ehtiyar edirlər. Birləşmiş Ştatlarda bu cür ökələrə müxtəlif növ yardımlar qadağan olunur, əmtəə ixraclarına sanksiyalar tətbiq olunur və rəsmi Vaşinqton Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun onlara kredit ayrımasına qarşı aktiv fəaliyyət göstərir. Terrorizmin Dövlət Sponsoru kimi tanınmaq ölkənin qlobal iqtisadi sistemdə iştirakını məhdudlaşdırır.
Bu kateqorizasiya həmçinin Sudanı suveren imminetdən məhrum etmişdi ki, bu hüquqi doktrina hökumətlərə mülki və ya kriminal mühakimədən immunitet verir. Nəticədə Əl-Qaida hücumlarının qurbanları və onların ailələri ABŞ məhkəmələrində təzminat üçün Sudan hökumətini məhkəməyə vermişdilər.
Müxtəlif mühakimələrdə ABŞ məhkəmələri 1998-ci ildə Tanzaniyanın Dar əs Salam və Keniyanın Nairobi şəhərlərində ABŞ səfirliklərində törədilən partlayışlara və Yəməndə “Cole” adlı ABŞ hərbi gəmisinə hücum əsnasında 17 ABŞ hərbi dənizçisinin ölümlərinə görə Sudan hökumətinin qurbanların ailələrinə təzminat ödəməli olması haqda hökmlər çıxarmışdı.
2019-cu ilin avqustunda Sudan xalqı uzun müddət ölkəni idarə etmiş diktatoru yıxdıqdan sonra müvəqqəti hökumət başlıca prioritetinin Sudanı izqoy statusundan çıxarmaq və millətlər icmasına yenidən qovuşmaq olduğunu bildirmişdi. Bu istiqamətdə Sudan hökuməti şiakyətçilər arsında paylaşılacaq $335 milyon dollar təzminat ödəməyə razılıq verib.Sudanın proqresinin daha ətraflı araşdırılmasının ardınca Birləşmiş Ştatlar 14 dekabda Sudanı Terrorizmin Dövlət Sponsorları siyahısından çıxarıb.28 dekabrda Sudanın suveren immunitetlərinin bərpasına yol açacaq terminolgiyanın əks olunduğu Konsolidasiyalaşdırılmış Vəsait-Ayırma Aktı qüvvəyə minib.
Bu addım “Sudanın təkcə Birləşmiş Ştatlarla deyil, bütövlükdə dünya ictimaiyyəti ilə əlaqələrində fundamental dəyişikliyi təmsil edir. O, Sudanın vəsaitlərinə olan riskləri azaltmaqla yanaşı ona böyük ticarət və investisiya cəlb etmək imkanları açaraq ölkənin qlobal iqtisadiyyata tam reinteqrasiyasına olan iri bir maneəni aradan qaldırır,” ABŞ Dövlət Katibi Mayk Pompeo bəyan edib.
“Biz Sudan xalqının azadlıq, sülh və ədalətə davamlı təkidini alqışlayırıq.”