ABŞ hökumətinin mövqeyini əks etdirən baş məqalə
Amerikanın qurucuları İstiqlal Bəyannaməsində toxunulmaz hüquqları “həyat, azadlıq və xoşbəxtlik arzusunda olmaq” olduğunu qeyd ediblər. “Hesab olunur ki, bu hüquqlar bütün insanlara xasdır və biz bu gün insan hüquqları dediyimizdə bunları nəzərdə tuturuq,” Dövlət Departamentinin Siyasi Planlaşdırma İdarəsinin direktoru Piter Berkovitz bildirib.
Cənab Berkovitz deyib ki, bu hüquqlar təkcə ABŞ-dakı amerikalıları qorumur, həm də etik xarici siyasət üçün əsas yaradır:
Biz 1948-ci ildə Birləşmiş Millətlər Təşkilatında Ümumdünya insan hüquqları bəyannaməsinin qəbul olunması üçün səylərə başçılıq edərkən üzərimizə bu hüquqları müdafiə etmək öhdəliyini aldıq. Hər iki partiyadan insan hüquqlarını müdafiə edən prezidentlər olub. Və Amerikanın əsas öhdəliklərinə bütün insnalarda mövcud olan ləyaqətə hörmət daxil idi.”
Direktor Berkovit deyib ki, ABŞ dövlət katibi Mayk Pompeo bir il öncə Alınmaz Hüquqlar üztə Komitəsini yaradaraq ona xüsusi tapşırıq verib:
“Katib Pompeo Komissiya üzvlərindən Amerikanının xarici siyasətində, qurucu sənədlərində - İstiqlal Bəyannaməsi və Birləşmiş Ştatlar Konstitusiyasında, Amerikanın konstittusiya ənənəsində insan hüquqlarına dair inkaredilməz öhdəliyini təhlil edib, yenidən nəzərdən keçirmələrini və 1948-ci ildə imzaladığımız Ümumdüya İnsan Hüquqları Bəyannaməsində insan hüquqlarına inkaredilməz öhdəliyimizi anlamağa yardım etmələrini istəyib.
Direktor Berkovitz deyir ki, toxunulmaz hüquqlar ABŞ-ın individual ölkələrlə münasibətlərinə birbaşa təsir göstərir:
“Məsələn biz bunu katib Pompeo dəfələrlə müsəlman uyğurların Çinin həbs düşərgələrində saxlanılmasını qınadığı zaman gördük. Biz bunu 1980-ci illərdə Ronald Reyqan Sovet İttifaqının qulaqlarda qəddarcasına həbs etdiyi dissidentlərin insan haqlarını qoruduğu zaman gördük. Biz buna administrasiya öz vətəndaşlarına qarşı repressiya aparan İran İslam Respublikasına meydan oxuduğu zaman şahid oluruq.”
Berkovitz qeyd edib ki, “insan haqları Amerika xarici siyasətinin tamamını təşkil etməsə də, onun bir vacib komponentidir.”