Amerika irəliyə doğru gedir

Prezident Co Bayden Konqres qarşısındakı ilk çıxışında “Amerika yenidən hərəkətə keçdi” deyib. Diqqəti yenilənməyə və imkanlara yönəldən Bayden ölkənin COVID-19 pandemiyasına qarşı mübarizədə və pandemiyanın iqtisadi ziyanlarını azaltmaq yolunda əldə etdiyi irəliləyişləri qeyd edib. Prezident həmçinin hökumətin səhiyyə, təhsil, infrastruktur və iqlim dəyişikliyinə yeni sərmayə qoymasını tələb edən bir sıra cəsur təkliflər irəli sürüb.

Prezident Bayden deyib ki, “Amerikaya irəliləyə doğru gedir, amma biz dayana bilmərik:”

“Biz 21-ci əsrdə qalib gəlmək üçün Çin və başqa ölkələrlə rəqabət içərisindəyik. Biz tarixin böyük dəyişiklik nöqtəsindəyik... Biz əvvəlkindən daha çox rəqabət aparmalıyıq.”

Cənab Bayden demokratiyanın “konsensus alması uzun zaman aldığı üçün” uduzan tərəfdə olduğuna dair düşüncəni rədd edib. O deyib ki, demokratiya ədalət qarşısındakı öhdəliklərini yerinə yetirməyə davam etdiyi təqdirdə “davamlı və güclüdür.” O, dünya liderlərinə deyib ki, “Amerika geri gəldi.”

“Biz bunu tək başına etməyəcəyik. Biz bunu müttəfiqlərimizlə birlikdə rəhbərlik edərək edəcəyik. Heç bir ölkə terrordan tutmuş, nüvə silahlarının yayılması, kütləvi miqrasiya, kibertəhlükəsizlik, iqlim dəyişikliyi, habelə hazırda yaşadığımı pandemiyaya qədər zəmanəmizin böhranları ilə tək mübarizə apara bilməz.”

Çin Xalq Respublikası ilə bağlı Prezident Bayden “Biz bu rəqabəti qəbul edirik. Biz münaqişə axtarmırıq” deyib. Ancaq o qeyd edib ki, Birləşmiş Ştatlar ədalətsiz ticarət əməllərini və Amerikanın əqli mülkiyyətinin oğurlanmasını rədd edəcək. O həmçinin deyib ki, ABŞ “münaqişə başlatmaq üçün deyil, müharibənin qarşısını almaq üçün” Hind-Sakit okean regionunda güclü hərbi mövcudluğunu qoruyub-saxlamağa davam edəcəcək.

Prezident Bayden həmçinin Rusiyanın bədniyyətli fəaliyyətinə Kremlin kiber hücumlarına və 2020-ci il prezident seçkisinə müdaxiləyə olduğu kimi “birbaşa və mütənasib şəkildə” cavab verməyi vəd edib. Lakin o, Rusiya və Birləşmiş Ştatların Yeni START müqavilənməsinin uzadılması kimi qarşılıqlı fayda əldə edəcəkləri sahələrdə əməkdaşlıq edə biləcəklərini də bildirib.

Prezident Bayden İran və Şimali Koreyanın nüvə proqramlarının törətdiyi təhlükələrə qarşı müttəfiqləri və tərəfdaşları ilə birlikdə “diplomatiya” və “sərt hədə-qorxu” vasitəsilə mübarizə aparmağı vəd edib.

Prezident Bayden deyib ki, Amerika xalqının qətiyyəti səbəbilə “avtokratlar gələcəyi qazanmayacaq. Amerika qazanacaq.”