28 May Dünya Aclıq Günüdür

Birləşmiş Millətlər Təşkilatı aclığı dünya əhalisinin ciddi ərzaq təhlükəsizliyi yaşadığı, günlərdir yemək yemədən davam edən dövrlər kimi izah edir.

İnsanlar dünyada hər kəs üçün kifayət qədər ərzaq istehsal edilmədiyi üçün ac qalmırlar. Dünyada hər kəsi qidalandırmaq üçün kifayət qədər ərzaq mövcud olsa da, dünya miqyasında təxminən 746 milyon insan hər gecə ac yatır.

28 May Dünya Aclıq Günüdür. Bu il Aclıq Gününün 10-cu ildönümü qeyd edilir. Qlobal inkişafa baxmayaraq, hər il təxminən 9 milyon insan aclıqdan ölür.

Birləşmiş Millətlər Təşkilatı on ildən çoxdur ki, xroniki aclıqdan əziyyət çəkənlərin sayının ardıcıl olaraq azaldığını bildirir. Bu əsrin ilk dörd ilində qlobal əhalinin 15-%i az qidalanırdısa, 2015-ci ilə qədər bu rəqəm 9%-dən az olub.

Bununla bərabər növbəti beş il ərzində daha çox insan genişmiqyaslı münaqişələr, həddindən artıq iqlim fəlakətləri və iqtisadi fürsətlərin digər sarsıntıları səbəbindən yenidən ərzaq təhlükəsizliyinə məruz qalmağa başlayıb.

Təkcə 2018-2019-cu illər arasında qidalanmayanların sayı 10 milyon artıb. Sonra COVID-19 pandemiyası və ondan yaranan periferik təsirlər ortaya çıxıb. Zəifləyən iqtisadiyyatlar əmək bazarı və gəlirlərin azalmasına səbəb olub.

Eyni zamanda, ərzaq təchizatı zəncirindəki fasilələr qiymət artımı ilə nəticələnən qida tədarükünün azalması deməkdir. Bunun onsuz da ərzaq çatışmazlığı və qidalanma problemi yaşayan insanlar üzərində təsiri dağıdıcıdır.

COVID-19 nəqliyyat sistemində qlobal pozuntulara səbəb olduğu üçün köməyə ehtiyacı olan icmalara çatmaq çətinləşib.

Amerika Birləşmiş Ştatları dünyanın ən böyük beynəlxalq ərzaq donorudur. ABŞ hökuməti qlobal aclıq və ərzaq təhlükəsizliyi təşəbbüsü, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi, Dövlət Departamenti və ABŞ-ın Kənd Təsərrüfatı Nazirliyinin himayəsi altında çox sayda yardım proqramı ilə Gələcəyin Qidalanması ilə iş birliyi ilə uzunmüddətli aclığa qarşı mübarizədə liderliyini davam etdirəcək.