ABŞ və Böyük Yeddilik məcburi əmək, kiber təhlükə və korrupsiyaya qarşı mübarizə vəd edir

Prezident Co Bayden və Böyük Yeddilik (G7) kimi tanınan demokratiya qrupunun liderləri qlobal tədarük zəncirləri, fidyə təhdidləri, korrupsiya, habelə məcburi əməyin qarşısının alınması barədə öhdəliklərini elan edib.

Birləşmiş Ştatlar və G7-in uyğurlar və Çinin Sincanındakı digər etnik və dini azlıqlar kimi həssas qrupların dövlət tərəfindən maliyyələşdirilən məcburi əmək daxil olmaqla, qlobal tədarük zəncirlərində hər cür məcburi əməyin istifadəsindən dərin narahatlıqları davam edir.

Sincanda kənd təsərrüfatı, günəş enerjisi və geyim sektorları əsas narahatlıq mənbəyidir. Liderlər insan hüquqlarına riayət olunmasının vacibliyi barədə razılığa gəlib və fərdləri məcburi işdən qorumaq üçün öhdəlik götürüb.

Əlavə olaraq, G7 ölkələri cinayətkar fidyə şəbəkələrindən gələn təhlükəni birlikdə həll etməyə söz verib.

Bir çox G7 üzvü və digər ölkələrin kritik infrastrukturunu, istehsal və elektron firmalarını və xəstəxanalarını təsir edən əhəmiyyətli kiber müdaxilələr olub. Transmilli kibercinayət müəssisələri infrastrukturdan, virtual valyutadan və çirkli pulların yuyulmasından istifadə edir, dünyanın hər yerində qurbanları hədəf alır.

Həm hökumətlər, həm də özəl sektor kritik infrastrukturun bu təhlükəyə qarşı dayanıqlı olmasını təmin etmək üçün birlikdə çalışmalıdır. Bundan əlavə, zərərli kiber fəaliyyət araşdırılmalı və mühakimə olunmalı və kollektiv kibermüdafiə qurulmalıdır.

Ayrı-ayrı ölkələrin də sərhədləri daxilində baş verən cinayət fəaliyyətinə diqqət yetirilməlidir.

G7 eyni zamanda, korrupsiyaya qarşı mübarizə üçün kollektiv tədbirlər barədə razılığa gəlib

Prezident Bayden bu yaxınlarda korrupsiyanı cilovlamaq elan səylərini edərək, milli maraqlar və bu həyati işi yüksəltmək üçün Korrupsiyaya Qarşı Mübarizə haqqında Milli Təhlükəsizlik Tədqiqat Memorandumu imzalayıb. Korrupsiya xalqın inamını sasıdır; hökuməti daha az təsirli edir; dövlət resurslarını israf edir; və toplum cəmiyyətlərinin təməllərini gəmirir.

Bundan əlavə, korrupsiya iqtisadiyyatlara böyük maliyyə ziyan vurmaqla yanaşı vətəndaşlara qarşı haqsızlıqdır.

ABŞ G7 tərəfdaşları ilə birlikdə qurama şirkətlərindən sui-istifadə ilə mübarizə aparacaq, pis oyunçuların daşınmaz əmlak alqı-satqısında çirkli pulları yuma qabiliyyətini məhdudlaşdıracaq, korrupsiya ilə əlaqəli məlumat mübadiləsini yaxşılaşdıracaq və antikorrupsiya diqqət yönələdərək, xarici yardımlarla bağlı islahatlar aparacaq.

ABŞ korrupsiyaya qarşı mübarizədə kollektiv fəaliyyət göstərmək üçün G7 öhdəliyini alqışlayır. Prezident Baydenin dediyi kimi "Amerika ən dərin dəyərlərimizi paylaşan ölkələrlə yanaşı dünyaya liderlik vəzifəsinə qayıdır."