ABŞ Dövlət Departamentinin Ədaələt üçün Mükafat proqramı Rusiyada yaşayan haker Yevgeni Viktoroviç Qladkix üçün mükafat elan edib. Bu ilk dəfədir ki, Ədalət üçün Mükafat proqramı kritik infrastruktur mükafatı altında xüsusi bir kiber aktyoru siyahıya alıb.
Diplomatik Təhlükəsizlik Xidməti tərəfindən idarə olunan Ədalət üçün Mükafat proqramı Qladkix və ya xarici hökumətin göstərişi və ya nəzarəti altında hərəkət edərkən Kompüter Fırıldaqları və Sui-istifadə Aktının pozulmasına kömək edən və ya təşviq edən hər hansı başqa bir şəxsin kimliyi və ya yerini müəyyən etməyə yardım edən məlumat üçün 10 milyon dollar təklif edir. Buna ABŞ-ın kritik infrastrukturuna qarşı zərərli kiber fəaliyyətlərdə iştirak da daxil ola bilər.
Rusiya Müdafiə Nazirliyinin aparıcı tədqiqat təşkilatında işləyən kompüter proqramçısı Qladkix və digər sui-qəsdçilər 2017-ci ilin may və sentyabr ayları arasında ABŞ-dan kənarda yerləşən neft emalı zavodunun sistemlərini sındırıblar və zavodun təhlükəsizlik sistemlərinin işləməsinin qarşısını almaq üçün hazırlanmış zərərli proqram quraşdırıblar. Onlar 2018-ci ilin fevral ilə iyul ayları arasında Birləşmiş Ştatlarda bir ABŞ şirkətinə məxsus olan oxşar neft emalı zavodlarını araşdırıblar və ABŞ şirkətinin kompüter sistemlərini sındırmağa cəhd ediblər.
Qladkix bu zərərli hücum kiber əməliyyatlarını Rusiya Müdafiə Nazirliyinin Kimya və Mexanika üzrə Mərkəzi Elmi-Tədqiqat İnstitutunun əməkdaşı kimi, institutun Tətbiqi İnkişaf Mərkəzində digər sui-qəsdçilərlə birlikdə həyata keçirib.
Bu mükafatlar bağlı ətraflı məlumat əldə etmək üçün Ədalət üçün Mükafatın https://rewardsforjustice.net vebsaytına daxil olun.
Biz həmçinin Yevgeni Viktoroviç Qladkixin zərərli kiberfəaliyyəti ilə bağlı məlumatı olan hər kəsi aşağıdakı keçid vasitəsilə Ədalət üçün Mükafat proqramı ilə əlaqə saxlamağa çağırırıq: he5dybnt7sr6cm32xt77pazmtm65flqy6irivtflruqfc5ep7eiodiad.onion.
Əlavə məlumat üçün https://rewardsforjustice.net/tor-best-practices/ daxil ola bilərsiniz.
Ədalət üçün Mükafat proqramı 1984-ci ildə yarandığı gündən bəri terrorizmin qarşısını almağa, terrorçu liderləri məsuliyyətə cəlb etməyə və ABŞ-ın milli təhlükəsizliyinə təhdidləri aradan qaldırmağa kömək etmək üçün məlumatlar təqdim edən dünya boyu100-dən çox insana 200 milyon dollardan çox pul ödəyib.