"Qadının Statusu Demokratiyanın Statusudur"

AFGHANISTAN-CONFLICT/WOMEN-SPAIN

Demokratiyalar bütün vətəndaşların, xüsusən də qadınların və qızların bütün müxtəliflikləri ilə iştirakı ilə möhkəmlənir. Buna görə də prezident Co Bayden qadınların və qızların vətəndaş və siyasi iştirakını inkişaf etdirməyi administrasiyasının əsas prioriteti edib.

Demokratiya Naminə İkinci Zirvənin "Qadının Statusu Demokratiyanın Statusudur" adlı tədbirdə çıxış edən ABŞ Dövlət katibi Antoni Blinken "Hamımız bilirik. . . Dünyanın bir çox yerlərində qadınların hüquqları təhdid və hücuma məruz qalır. Repressiv hökumətlər qadınların əsas azadlıqlarını, o cümlədən azad söz və toplaşmaq hüquqlarını məhdudlaşdırmaq üçün məqsədyönlü qanunlar qəbul edir. Ekstremist aktyorlar qeyri-mütənasib şəkildə qadınları və qızları, xüsusən də LGBTQI+ kimi tarixən təcrid olunmuş insanları, irqi, etnik və dini icmalardan olan qadınları hədəf alır" deyib.

Blinken deyib ki, "qadınların tam və bərabər hüquqlarından məhrum edilmələri təkcə avtokratiyalarda baş vermir."

"Dünyanın bir çox yerlərində qadınlar və qızlar hələ də oxumaq və işləmək üçün bərabər imkanlara malik deyillər. Qadın jurnalistlər, vəkillər, siyasətçilər və başqaları davamlı onlayn təqib və sui-istifadəyə məruz qalırlar. Zorakılığın qurbanı olan qadınların ədalət mühakiməsinə çox vaxt bərabər çıxış imkanı yoxdur. Qadınlar çox vaxt onları əlverişsiz vəziyyətə salan ayrı-seçkiliyə məruz qalır. Bu qüvvələrin qarşısında qadınlar və qızlar öz hüquqlarını və insan haqlarını və bütün dünyada demokratiyanı müdafiə etmək üçün hərəkətə keçirlər. Və onlar qadın və qızların qərar qəbul etmə masasında olmasının vacibliyini nümayiş etdirirlər. Əfqanıstanda Talibanın onları gündəlik həyatdan silmək üçün amansız səyləri qarşısında qadınlar öz insan hüquqlarına hörmətə etiraz edirlər. Onlar hələ də öz ölkələrinin parlaq gələcəyi üçün mübarizə aparırlar. İranda cəsarətli qadınlar özlərinə qarşı böyük təhlükə altında küçələrdə yürüş edərək "qadın, həyat və azadlıq" çağırışı edir. Birləşmiş Ştatlar bu qadın və qızların bütün dünyada qərar qəbuletmə proseslərində tam, azad və bərabər iştirakı üçün çalışan hər kəslə diplomatiyamız vasitəsilə həmrəylik nümayiş etdirir" - deyə, Blinken əlavə edib.

Blinken "biz onları dəstəkləməyə və bütün dünyada gender bərabərliyini inkişaf etdirməyə sadiqik. Müvəffəqiyyət qazanmağımız təkcə düzgün hərəkət etdiyimiz demək deyil. Biz həm də ölkələrimizi daha firavan, təhlükəsiz və bütün xalqlarımızın imkanlarını artırmaq üçün ağıllı və zəruri olanı edirik" deyib.