ABŞ Rusiya hökumətinin Ukraynaya qarşı apardığı işğalçı müharibəsinə qarşı çıxışına görə demokratiya tərəfdarı Vladimir Kara-Murzanın 25 il həbs cəzasına məhkum edilməsini pisləyir.
Kara-Murzanın ictimai çıxışlara cavab olaraq 25 il müddətinə azadlıqdan məhrum edilməsi faktı Rusiya hökumətinin Ukraynaya genişmiqyaslı işğalına qarşı bütün müxalifəti aradan qaldırmaq əzmini vurğulayır.Kara-Murza 2022-ci ilin aprelində həbs edilib və mühakimə olunana qədər həbsdə saxlanılıb. O, Ukraynada Rusiya hərbçiləri haqqında yalan məlumat yaymaqda, o cümlədən onları hərbi cinayətlər törətməkdə ittiham etməkdə ittiham olunub. Daha sonra Kara-Murzaya Putini və müharibəni tənqid edən çıxışlara görə vətənə xəyanətdə və "arzuolunmaz təşkilata" üzv olmaq ittihamı irəli sürülüb.
Öldürülən müxalifət lideri Boris Nemtsovun baş müşaviri olan Kara-Murza Rusiyada insan haqlarını cəsarətlə müdafiə edib və dəfələrlə Rusiya hakimiyyəti tərəfindən repressiyaya məruz qalıb. O, 2015 və 2017-ci illərdə ağır zəhərlənmələr keçirib və hesab edir ki, bu, birbaşa siyasi fəaliyyəti ilə bağlıdır.Tanınmış dissidentlər və siyasi müxalifət üzvlərinin əksəriyyəti Putin rejiminin tənqidçiləri repressiyalar fonunda indi ya həbsdə, ya da sürgündədir.
"Bu hökmü ancaq Stalinin dövrü ilə müqayisə etmək olar. Hökmün sözə görə çıxarılması dəhşətlidir. Bu, əslində hakimiyyətin sözdən qorxmasının, onlara qarşı duran hər kəsin ağzını bağlamağa çalışmasının əlamətidir" - deyə, Rusiyanın "Memorial" hüquq-müdafiə təşkilatının rəhbəri Yan Raçinski Rusiyanın Meduza xəbər saytına bildirib.Dövlət Departamentinin sözçünün müavini Vedant Patel bəyanatında ABŞ-ın Kara-Murzanın, eləcə də hazırda Rusiyada 550-dən çox olduğu təxmin edilən digər siyasi məhbusların azad edilməsinə dair çağırışını təkrarlayıb.
"Biz Kara-Murza və haqsız yerə həbs edilən Rusiyanın daha parlaq gələcəyinin bütün cəsur müdafiəçiləri, o cümlədən Aleksey Navalnı, İlya Yaşin və öz ölkələrinə və həmvətənlərinə cəsarətlə böyük şəxsi xərclər bahasına xidmət edən bir çox başqaları ilə həmrəy olduğumuzu bir daha təsdiqləyirik. Biz insan hüquqları və əsas azadlıqları müdafiə edirik. Biz onların ailələri, dostları, Rusiyadakı və dünyanın hər yerindəki tərəfdarlarına qoşularaq onların dərhal azad edilməsini tələb edirik" - deyə, Patel bildirib.