Miqrantlar üçün qanuni yolların genişləndirilməsi

Bayden-Harris administrasiyası ABŞ-a miqrasiyanın qanuni yollarını genişləndirmək və insanların sərhədə təhlükəli səyahətə çıxmasının qarşısını almaqda qərarlıdır.

Dövlət katibi Antoni Blinken və daxili təhlükəsizlik naziri Alexandro Mayorkas bu yaxınlarda bu məqsədi dəstəkləmək üçün bir sıra tədbirlə keçirib. Onlardan biri seçilmiş yerlərdə Regional Proses Mərkəzlərinin yaradılmasıdır. İlk belə mərkəzlər Kolumbiya və Qvatemalada açılacaq.

Dövlət katibi Blinken iki ölkəni "əla tərəfdaş" adlandırıb: "Bu mərkəzlər beynəlxalq təşkilatlar tərəfindən idarə olunacaq və ixtisaslı şəxslərin Birləşmiş Ştatlarda qaçqınların köçürülməsi prosesinin sürətləndirilməsi, ailələrin birləşdirilməsi və əmək yollarına çıxışını yaxşılaşdıracaq. Onlar həmçinin Kanada və İspaniya kimi digər ölkələrdə qanuni yollar, habelə humanitar və qaçqın müdafiəsi üçün istinad nöqtəsi olacaq".

Daxili təhlükəsizlik naziri Mayorkas qeyd edib ki, qanuni yolları genişləndirməyin başqa bir yolu kubalılar və haitililər üçün uzun müddətdir qurulmuş ailə birləşməsi prosesini sadələşdirməkdir ki, bu ölkələrdən olan şəxslər ailə əsaslı ərizələri ilə ABŞ-da öz ailələrinə daha tez qovuşsunlar.

"Üçüncü, mən komandamı ailənin birləşməsi proseslərini inkişaf etdirməyə yönəltmişəm ki, bununla da yaxşı tanınan model El Salvador, Qvatemala, Honduras və Kolumbiyadan olan müəyyən şəxslərə şamil ediləcək. Dördüncüsü, uğurlu Gömrük və Sərhəd Mühafizəsi Bir mobil proqramı vasitəsilə insanlara giriş limanlarında daha çox görüş təyin edə biləcəklər. Kuba, Haiti, Nikaraqua və Venesuelanın şərti yaşayış imkanı prosesləri, habelə hüquqi əsası olmayanların Meksikaya geri qaytarılması davam edəcək" - deyə, Mayorkas bildirib.

"Eyni zamanda, qanuni yollarımızdan istifadə etməyən şəxslər üçün nəticələr tətbiq edirik. Bu nəticələrə ABŞ-a qəbula beş il qadağa və sərhədi qanunsuz keçməyə hər hansı növbəti cəhdə görə cinayət təqibi ehtimalı daxildir", daxili təhlükəsizlik naziri əlavə edib.

Dövlət katibi Blinken bəyan edib ki, Bayden-Harris administrasiyasının yanaşması "miqrasiyanı daha təhlükəsiz, nizamlı və humanist hala gətirməyə və Amerika xalqının maraqlarını inkişaf etdirməyə yönəlib".

O həmçinin regional tərəfdaşlarla işləməyin vacibliyini vurğulayıb. Blinken "miqrasiya probleminin mərkəzində bir missiya var" deyib: "Bütün vətəndaşlarımız üçün daha yaxşı, daha təhlükəsiz və daha ümidli gələcəyə zəmin yaratmaq üçün necə birlikdə işləyə bilərik?"