ABŞ və Çin yüksək səviyyəli qarşılıqlı əlaqələri bərpa edir

ABŞ dövlət Katibi Antoni Blinken Pekində Çin prezidenti Şi Tsinpinlə görüşür, 19 iyun 2023.

"Birləşmiş Ştatlar hesab edir ki, Hind-Sakit okean regionu bizim ümumi təhlükəsizliyimiz və rifahımız üçün çox vacibdir. Biz, həmçinin müttəfiqlərimizin təhlükəsizliyi və müdafiəsinə sadiq olduğumuzu gizlətmirik. Məhz buna görə də son iki il yarım ərzində Birləşmiş Ştatlar ölkəmizi və bütün dünyada mövqeyimizi gücləndirmək üçün həm daxildə, həm də xaricdə bir sıra məqsədyönlü, strateji addımlar atıb” - deyə, ABŞ Dövlət katibi Antoni Blinken bildirib.

"Bu, dünyada ən önəmli münasibətlərdən biri olan Birləşmiş Ştatlar və Çin Xalq Respublikası arasındakı münasibətlərin fonudur. Həm ABŞ, həm də Çin bu əlaqələri məsuliyyətlə idarə etmək öhdəliyinə malikdir. Bunu etmək ABŞ, Çin və dünyanın maraqlarına xidmət edir. Biz Çin Xalq Respublikasının qarşıya qoyduğu problemlərə aydın baxırıq. Birləşmiş Ştatlar bir çox başqaları ilə paylaşdığı gələcəyə baxışını irəli sürəcək: illərdir qlobal miqyasda sülh və təhlükəsizliyi qoruyan qaydalara əsaslanan nizamı dəstəkləmək və ölkələrlə azad, açıq, sabit və firavan dünya qurrmaq".

Birləşmiş Ştatlar və Çin Xalq Respublikası arasında münasibətlər son aylar gərginləşib. Gərginliklər Çinin hərbi şarının ABŞ ordusu tərəfindən vurulması ilə artıb.

"Gələcəyi formalaşdırmaq və iki ölkə arasında gərginliyi azaltmaq üçün biz diplomatiyadan başlamalıyıq. Mən Pekinə yüksək səviyyəli kommunikasiya problemlərini gücləndirmək, fikir ayrılıqları olan sahələrdə mövqelərimizi və niyyətlərimizi aydınlaşdırmaq və maraqlarımız ortaq transmilli çağırışlara uyğunlaşdıqda birlikdə işləyə biləcəyimiz sahələri araşdırmaq üçün gəldim. Yüksək səviyyələrdə birbaşa əlaqə və davamlı ünsiyyət fərqlərimizi məsuliyyətlə idarə etmək və rəqabətin münaqişəyə çevrilməməsini təmin etmək üçün ən yaxşı yoldur. Mən də eyni sözləri çinli həmkarlarımdan eşitdim. Hər ikimiz münasibətlərimizi sabitləşdirməyin zəruriliyi ilə razıyıq", Dövlət katibi Blinken deyib.

"Bizim bu münasibətləri idarə etməyin çətinlikləri ilə bağlı heç bir illüziyamız yoxdur. Bir çox məsələlər var ki, onların üzərində dərin, hətta qəti şəkildə fikir ayrılığımız var. Biz həmişə Amerika xalqının maraqlarını təmin etmək üçün ən yaxşı addımı atacağıq" - deyə, Dövlət katibi Blinken bildirib.

"Lakin Birləşmiş Ştatlar mürəkkəb, ardıcıl münasibətləri diplomatiya vasitəsilə uğurla idarə etmək kimi bir tarixə malikdir. İrəli bir yol tapmaq hər iki ölkənin məsuliyyətidir - və bunu etmək həm bizim, həm də dünyanın maraqlarına uyğundur"- deyə, Blinken əlavə edib.