Birləşmiş Ştatlar dünya ölkələrində yüksələn demokratik hərəkatları dəstəkləmək üçün keçən il “Demokratiya bəhrə verir” proqramını işə salıb.
"Biz bu proqrama Cənubi Amerika, Avropa, Asiya, Afrika [və] Karib hövzəsi boyunca doqquz ölkədə başladıq. Vətəndaşların korrupsiyanı rədd etdiyi, insan hüquqlarına hörmət tələb etdiyi, hesabatlı hökumətləri və gələcəyə baxışlarını bölüşən seçilmiş liderləri tələb etdiyi yerlərdə. Fürsət anları sürətli dəyişikliklər, demokratiyaların həqiqətən öz xalqına kömək edə biləcəyini sübut etmək üçün yüksək gözləntilərlə gəlir” - deyə, Dövlət katibi Antoni Blinken bildirib.
Lakin Blinken xəbərdar edib, "ölkələrimiz iqlim böhranının yaratdığı təhdidlər və inkişaf etməkdə olan texnologiyanın yaratdığı çox fərqli problemlər də daxil olmaqla, cəmiyyətlərimizin hər aspektini və hökumətimizin həssas və təsirli siyasətlər yürütmək imkanlarını yenidən formalaşdırmaqla monumental problemlərlə üzləşirlər".
Buna baxmayaraq, “bizi demokratiyaların bu çağırışa cavab vermək, bu məqamı qarşılamaq, bu müxtəlif problemləri qabaqcadan həll etmək, dəyişiklik və qeyri-müəyyənlik zamanlarında xalqımıza kömək etmək üçün ən yaxşı yerdə olduğuna inam birləşdirir”, Blinken deyib.
“İnsanlardan, eləcə də məmurlardan eşitdiyim odur ki, onlar demokratiyaya inamlarını itirmirlər. Onlar daha artığını istəyirlər. Onlar daha çox alət istəyirlər. Onlar daha çox tərəfdaşlıq istəyirlər. Onlar ölkələrinin inkişaf edə biləcəyinə əmin olmaq üçün daha çox kömək istəyirlər”- deyə, o əlavə edib.
Blinken deyib ki, heç bir ölkə və ya cəmiyyətin heç bir sektoru bütün suallara cavab vermir, birgə işləyərkən hamımızın öyrənməli və qazanacağı çox şey var.
“30 ildən artıqdır ki, əmin olduğum şeylərdən biri odur ki, dünyanın hansısa bir yerində hər hansı bir problemə kimsə cavab tapıbsa, kimsə irəliyə doğru yaxşı bir yol tapıbsa, bu tərəfdaşlıqların, bu qrupların gücü ilə biz bir-birimizdən öyrəndikcə, ən yaxşı təcrübələr əldə edirik, hamımız üçün ümumi olan və bu masa ətrafında bir yerdə olan problemlərə həll yolları tapırıq”.
Blinken bildirib ki, ötən il ərzində Birləşmiş Ştatlar hökumət, özəl sektor və xeyriyyəçilikdəki tərəfdaşları ilə birlikdə demokratiyaların getdikcə bir-birinə bağlı olan dünyada konkret nəticələr verməli olduğunu nümayiş etdirmək üçün çalışıb. Bu, xalqımızın, ölkələrimiz mənafeyinədir. Bu, paylaşdığımız planetin mənafeyinədir”.