"Böyük Yeddilər"də vahid cəbhə

Böyük Yeddilərin xarici işlər nazirləri. Tokio. 8 noyabr, 2023.

Böyük Yeddilər kimi tanınan dünyanın aparıcı sənaye demokratiyalarının xarici işlər nazirlərinin Tokioda bu yaxınlarda keçirilən görüşü zamanı müzakirələr davam edən beynəlxalq böhranlar və vahid cavab tədbirlərinin zəruriliyinə yönəldilib.

ABŞ dövlət katibi Antoni Blinken deyib ki, müzakirələr səmərəli keçib:

“Böyük Yeddilər dünyanın aparıcı demokratiyalarının rəhbər komitəsi kimi rolunu gücləndirərək, 21-ci əsri formalaşdıran məsələlərdə misli görünməyən məqsəd və fəaliyyət birliyini nümayiş etdirib. ”

Dövlət katibi Blinken deyib ki, ilki Yaxın Şərqdəki böhrandır:

“Böyük Yeddilər nazirləri bizim İsrailin beynəlxalq humanitar qanuna uyğun olaraq, özünü müdafiə etmək və oktyabrın 7-dəki kimi hücumların bir daha baş verməməsini təmin etməyə çalışmaq hüququ və öhdəliyinə sarsılmaz dəstəyimizi bir daha təkrarlardı.”

Blinkenin sözlərinə görə, nazirlər həmçinin razılaşıb ki, humanitar fasilələr “fələstinli mülki vətəndaşları qorumağa, humanitar yardımın davamlı axınını artırmağa, vətəndaşlarımız və xarici vətəndaşların çıxmasına imkan yaratmağa və girovların sərbəst buraxılmasını asanlaşdırmağa” yardım edəcək.

“Sonda, bu böhranın bir daha təkrarlanmamasını təmin etməyin yeganə yolu davamlı sülh və təhlükəsizlik üçün şərait yaratmağa başlamaqdır. ... Bunlar fələstinli xalqın səsini və Qəzzada böhrandan sonrakı idarəçiliyin mərkəzində yer alacaq istəklərini ehtiva etməlidir,” o deyib.

Görüşdə diqqət mərkəzində olan başqa bir məsələ Böyük Yeddilərin Ukraynaya davamlı dəstəyi olub:

“Böyük Yeddilər bu dəstəyi gücləndirmək və davam etdirməkdə dünyaya liderlik edib. Və bu gün [Ukrayna] xarici işlər naziri [Dmitri] Kulebaya dediyimiz kimi, Ukrayna bizə arxalana bilər”.

Dövlət katibi Binken qeyd edib ki, Böyük Yeddilər nazirləri həmçinin Hind-Sakit Okean regionunu və onların azad, açıq və firavan regiona dair ortaq görüşlərinin qarşısında duran çətinliklərlə mübarizə aparmaq üçün birlikdə atdıqları addımları müzakirə ediblər. Bu çətinliklərə Çin Xalq Respublikasının Cənub və Şərqi Çin dənizlərindəki fəaliyyəti və Çin Xalq Respublikasının Tayvanda status-kvonu dəyişmək üçün məcburedici səyləri daxildir. Müzakirələrdə diqqət həmçinin Koreya Xalq Demokratik Respublikasının təxribat xarakterli hərəkətləri və raket buraxılışlarına və Koreya Xalq Demokratik Respublikası ilə Rusiya arasında təhlükəli hərbi əməkdaşlığa yönəldilib.

““Beynəlxalq nizamın qorunması uğrunda mübarizədəki bu dönmə nöqtəsində biz daha azad, təhlükəsiz, açıq və firavan dünyaya dair baxımışızı güclə şəkildə dəstəkləyirik,” dövlət katibi Blinken bəyan edib. “Və biz tək deyili. Biz yükün öz üzərinə düşən payını daşıyan müttəfiqlər və tərəfdaşlarla qeyri-adi koalisiyalar qurmuşuq. Və biz bu Böyük Yeddilər iclasını bu günün çətinliklərinə qarşı daha güclü və birləşmiş şəkildə yekunlaşdırırıq.”