Qəzzada humanitar böhran

Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, Qəzzada hərbi əməliyyatlar nəticəsində humanitar fəlakət baş verib. Əksəriyyəti uşaq və qadınlar olmaqla 11 000 mülki şəxsin öldüyü barədə məlumatlar var, lakin faktiki rəqəm şübhəsiz ki, daha çoxdur.

2,2 milyonluq əhalinin 1,6 milyonu məcburi köçkün vəziyyətinə düşüb. Bütün məhəllələr yerlə yeksan edilib. Yemək və su azdır, döyüşdən sığınacaq yoxdur.

“HƏMAS-ın oktyabrın 7-də törətdiyi hərəkətlər vəhşi terror aktları idi və bu gün şahidi olduğumuz hadisələrin başlanğıcını qoydu. HƏMAS hər tərəfdən bu qədər anlamsız əzablara görə məsuliyyət daşıyır. Bu an hamımızı israillilərin və fələstinlilərin acınacaqlı vəziyyətinə münasibət bildirməyə çağırır. Özümüzü onların yerinə qoymaq və dünyaya onların gözü ilə baxmaq lazımdır”, ABŞ-ın BMT-dəki nümayəndəsi Linda Tomas-Qrinfild deyib.

Noyabrın ortalarında BMT Təhlükəsizlik Şurası 2712 saylı qətnamə qəbul edib və bu qətnamədə mülki əhalinin əzablarını yüngülləşdirmək məqsədi ilə bir sıra tədbirlər görülməlidir.

"Birləşmiş Ştatlar Şuranın qəbul etdiyi bir çox kritik müddəaları, o cümlədən HƏMAS və digər qruplar tərəfindən saxlanılan girovların dərhal və qeyd-şərtsiz azad edilməsini və mülki şəxslərə humanitar yardımların tam, sürətli, təhlükəsiz və maneəsiz çıxışını təmin etmək üçün humanitar fasilələri dəstəkləyir", səfir Tomas-Qrinfild deyib.

"Biz təcili olaraq qida, su və dərman axınını artırmalıyıq. ABŞ-ın beş çarter təyyarəsindən birincisi 49 ton hazır qida ilə Əl Ərişə enib. Lakin yanacağın ehtiyacı olanlara çatması çox vacibdir. Səhv etməyin: bu, son dərəcə təcili məsələdir. ABŞ öz tərəfimizdən BMT, İsrail, digər donorlar və regional tərəfdaşlarla işləyəcək ki, humanitar işçilər mülki insanları xilas etmək üçün çox lazım olan işi görsünlər"- deyə, səfir qeyd edib.

"HƏMAS xəstəxanalar da daxil olmaqla, mülki əhalinin yaşadığı yerlərin içərisinə daxil olub. Bu, dəhşət və vəhşilikdir. Lakin HƏMAS-ın hərəkətləri İsrailin mülki insanları qorumaq məsuliyyətini azaltmır. Hər mülki ölüm faciədir. Hər biri. Gəlin hamımız həm israillilərin, həm də fələstinlilərin ortaq insanlığını tanıyaq. Gəlin hamımız sülh, azadlıq və təhlükəsizlik şəraitində öz dövlətlərində yan-yana yaşaya biləcəkləri bir gələcək üçün çalışaq", səfir Tomas-Qrinfild bildirib.