BMT Baş Katibinin Suriya üzrə xüsusi nümayəndəsi Geir Pedersenin sözlərinə görə, 2023-cü il həyəcanverici sayda öldürülən, yaralanan, didərgin salınan, saxlanılan və oğurlanan və bu gün regional yayılma təhlükəsi ilə üz-üzə qalan Suriya vətəndaşları üçün növbəti faciəli il olub .
“Suriyalı və qeyri-suriyalı bütün oyunçular tərəfindən maksimum təmkinliliyə və ümummilli atəşkəsə doğru Suriyada davamlı gərginliyin azalmasına təcili ehtiyac var”.
Birləşmiş Ştatların BMT-dəki alternativ nümayəndəsi Robert Vud deyib: “2023-cü il sona çatıb, Suriya siyasi prosesi məyusedici şəkildə blokda qalır və Suriya xalqı çox əziyyət çəkir. 12 ildən artıqdır ki, Əsəd rejimi Suriya xalqına qarşı amansız müharibə aparır. Bundan əlavə, suriyalılar hələ də fevral ayında baş verən zəlzələlərin dağıdıcı təsirlərindən əziyyət çəkir. Bununla belə, Əsəd rejimi son bir neçə ayda siyasi prosesə qoşulmaq əvəzinə, Suriyanın şimal-qərbində öz xalqına qarşı hücumlarını gücləndirib”.
Səfir Vud bildirib ki, biz hamımız bilirik ki, bu müharibənin məsuliyyətini Əsəd rejimi daşıyır. Dekabrın sonlarında “Baş Assambleya Suriyada insan haqlarının vəziyyəti ilə bağlı ABŞ-ın iştirakı ilə hazırlanan qətnaməyə səs verib və bu, rejimin unutmamızı istədiyi kimyəvi silahdan istifadə, məhkəməsiz qətllər, işgəncələr və pis rəftar, ədalətsiz həbslər, zorla yoxa çıxma və gender əsaslı zorakılıqlar kimi sui-istifadələri dünyaya xatırladıb”.
O, "Biz zorakılığın 2019-cu ildən bəri ən pis səviyyəyə çatması ilə bağlı xəbərlərdən təşvişə düşürük. Rejim və Rusiyanın İdlibə hücumu nəticəsində yüzlərlə mülki şəxsin ölümü dərin narahatlıq doğurur" deyib.
“Onların infrastruktura vurduğu zərər və humanitar əməliyyatlar üçün yaratdığı təhdidlər soyuq qış aylarında yüz minlərlə insanı risk altında qoyur”- deyə, səfir bildirib.
“Biz Suriya rejiminin özbaşına saxlanılanların hamısını dərhal azad etməyə və itkin düşən on minlərlə insan haqqında məlumat verməyə çağırışını təkrarlamaqda BMT-yə üzv dövlətlərin əksəriyyətinə qoşuluruq”,Vud deyib
“Biz eyni zamanda,münaqişənin uzunmüddətli həlli üçün yeganə etibarlı yol xəritəsi olan 2254 saylı qətnaməyə uyğun olaraq, Suriya mərkəzli, Suriyanın rəhbərlik etdiyi münaqişənin həllinə nail olmaqda israrlı olmalı və buna sadiq qalmalıyıq”, o deyib.
“Suriya xalqı bunu çoxdan gözləyir. [Onlar] insan hüquqlarına və əsas azadlıqlarına hörmət də daxil olmaqla, uğrunda çox mübarizə apardıqları gələcəyə layiqdir”, səfir Vud deyib.