ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Saxta ittihamlarla həbsdə olan rusiyalı dissident Aleksey Navalnının ölümündən sonra və Rusiyanın Ukraynaya təcavüzünün ikinci ildönümünə bir gün qalmış ABŞ prezidenti Co Bayden Vladimir Putinə təzyiqləri artıraraq, Rusiyaya qarşı 500-dən çox yeni sanksiya tətbiq edəcəyini açıqlayıb.

Sanksiyalarla yanaşı, Birləşmiş Ştatlar 100-ə yaxın quruma “Rusiyanın döyüş maşınına dəstək verdiyinə görə” ixrac məhdudiyyətləri tətbiq edir.

“Biz Rusiyanın enerji gəlirlərini daha da azaltmaq üçün tədbirlər görürük. Mən öz komandamı vətəndaş cəmiyyətinə, müstəqil mediaya və bütün dünyada demokratiya uğrunda mübarizə aparanlara dəstəyi gücləndirməyə yönəltmişəm” - deyə, prezident Bayden yazılı bəyanatında bildirib.

“10 il əvvəl Putin Krımı işğal etdi və Ukraynanın Luhansk və Donetsk vilayətlərində marionet rejimlər yaratdı. İki il əvvəl o, Ukraynanı xəritədən silməyə çalışıb. Putin onun ölümünə və dağıntılara görə bədəl ödəməsə, o davam edəcək. NATO müttəfiqlərimiz, Avropa və dünyadakı tərəfdaşlarımızla birlikdə ABŞ-ın xərcləri artacaq”, Bayden deyib.

“Bu sanksiyalar Navalnının həbsi ilə əlaqəli şəxsləri, o cümlədən Rusiyanın maliyyə sektorunu, müdafiə sənayesi bazasını, satınalma şəbəkələrini və bir çox qitələrdə sanksiyalardan yayınanları hədəf alacaq. Onlar Putinin xaricdəki aqressiyasına və daxildəki repressiyalarına görə daha da böyük bədəl ödəməsini təmin edəcəklər”.

Maliyyə Nazirliyi və Dövlət Departamenti tərəfindən tətbiq olunan sanksiyalar Rusiyanın Ukraynaya təcavüzündən bəri ən geniş sanksiyalar paketidir.

“Tarix izləyir. Bu kritik anda Ukraynaya dəstək verilməməsi unudulmayacaq. İndi bizim Ukrayna ilə möhkəm dayanmağımız, müttəfiqlərimiz və tərəfdaşlarımızla bir yerdə olmağımızın vaxtıdır. İndi ABŞ-ın azadlığı müdafiə etdiyini və heç kimə boyun əymədiyini sübut etməyin vaxtıdır”, Bayden bildirib.