Diplomatiya və müdafiə ABŞ-ın İranla bağlı mövqeyinin ayrılmaz hissəsidir

HƏMAS-ın yüksək səviyyəli lideri İsmayıl Haniyənin Tehranda öldürülməsindən üç həftə keçir. İran rejimi İsrailn məsuliyyət daşıdığı və İranın cavab tədbirləri görəcəyinə söz verib.

Aprel ayında İsrailin Suriyada İslam İnqilabı Keşikçiləri Korpusunun iki yüksək rütbəli üzvünü öldürməsindən sonra İran ilk dəfə İsrailə birbaşa raket və dronları ilə hücum etmişdi. İsrail ABŞ və regional tərəfdaşların köməyi ilə onların çoxunu məhv etmişdi.

Milli təhlükəsizlik məsələləri üzrə müşavir Con Kirbi deyib ki, İran son həftələr bəzi hazırlıqlar görüb və hücum çox qısa və ya heç bir xəbərdarlıq olmadan baş verə bilər.

Kirbi jurnalistlərə deyib: "Aydındır ki, biz bunu çox, çox yaxından izləyirik. Biz həmkarlarımız və İranla birbaşa diplomatik əlaqələri olan insanlar vasitəsilə İrana mesaj göndərmişik. Təbii ki, bizim başqa vasitələrlə bunu etmək üçün öz yollarımız var... Mesajlarımız ardıcıl olub: Biz burada eskalasiya görmək istəmirik və [İranın] hücumunun nəticəsinin qarşısını almaq istəyirik”..

Kirbinin sözlərinə görə, intensiv diplomatiya ilə yanaşı, Birləşmiş Ştatlar bölgədəki təhlükəsizlik mövcudluğunu “müdafiə imkanları, gəmilər, təyyarələr və digər hərbi imkanlarla gücləndirib ki, İran hansısa hücuma keçmək qərarına gəlsə, əmin olsun ki, biz özümüzü, obyektlərimizi və xalqımızı, həm də İsraili müdafiə etməyə hazırıq”.

Kirbi qeyd edib ki, “Tehranın ritorikası onların niyyəti baxımından olduqca aqressiv olub. Biz buna ciddi yanaşmalıyıq”.

Kirbi deyib ki, İranın İsrailə hücum edib-etməyəcəyi və ya belə bir hücumun nə ilə nəticələnə biləcəyi bəlli deyil.

"Buna görə də biz diplomatik cəbhədə bunun qarşısını ala biləcəyimizi görmək üçün çox çalışırıq. Əgər bunu edə bilmsək, buna hazır olduğumuza və İsrailin buna hazır olduğuna əmin olmaq üçün hərbi cəbhədə çox çalışmalıyıq”, Kirbi bildirib.