Birləşmiş Ştatlar İranda edamların sayından və onlara gətirib çıxaran yanlış məhkəmə prosesindən narahatdır.
Dövlət Departamentinin sözçüsü Metyu Miller bu narahatlığı Birləşmiş Millətlər Təşkilatının bir qrup ekspertinin avqust ayı ərzində edamların kəskin artdığını bildirməsindən sonra dilə gətirib.
BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının OHCHR ofisi tərəfindən yayılan bəyanatda ekspertlər İran hökumətini edamların icrasını “dərhal dayandırmağa” çağırıb.
Miller deyib: “İranda edamların sayı və ən əsası bu edamların necə həyata keçirildiyi bizi narahat edir. Bu, heç bir şəkildə ədalətli mühakimələrin təmin edilməsi kimi təsvir edilə bilməyən məhkəmə prosesinin sonudur. Bunu heç bir şəkildə müstəqil adlandırmaq olmaz”.
BMT ekspertləri bildiriblər ki, əldə etdikləri məlumata görə, avqust ayı ərzində İranda həyata keçirilən 93 edamın təxminən yarısı narkotik cinayətlərinə görə həyata keçirilib. "Narkotik cinayətlərinə görə edamlar beynəlxalq standartlara ziddir", ekspertlər bildirib.
Onlar daha sonra qeyd ediblər: “Ədalətli məhkəmə araşdırması və lazımi proses hüquqlarının ciddi şəkildə pozulması ilə bağlı xəbərlər o deməkdir ki, hazırda İran İslam Respublikasında tətbiq edilən ölüm hökmü qanunsuz edam deməkdir”.
Narkotik cinayətləri İranda edamla nəticələnə bilən yeganə cinayət deyil.
“Yer üzündə fitnə-fəsad yaymaq” və “Tanrıya qarşı müharibə” daxil olmaqla, təhlükəsizlik cinayətlərinin icraçıları da ən yüksək cəzaya məruz qalırlar. OHCHR-in qeyd etdiyi kimi bu qeyri-müəyyən ittihamla ,həm də “beynəlxalq standartları açıq şəkildə pozaraq” hökumət əleyhinə olan dissidentlərə qarşı irəli sürülüb.
BMT bildirib ki, belə dissidentlərdən biri 2022-ci ildə Məhsa Əminiin polis nəzarətində öldürülməsindən sonra kütləvi “Qadın, Həyat, Azadlıq” etirazlarında iştirak etdiyinə görə həbs edilmiş, Yarsani inancından olan kürd iranlı Reza Rəsaidir. Rasai avqustun 6-da edam edilib.
ABŞ-ın İran üzrə Xüsusi Nümayəndəliyinin Ofisi Resainin edamını “qətiyyətlə” pisləyib və X sosial platformasında yazıb: “Tehranın saxta məhkəmələr və məcburi etiraflarla “Qadın, Həyat, Azadlıq” etirazçılarına qarşı ölüm hökmündən istifadəni davam etdirməsi qınaq obyektidir”.
Dövlət Departamentinin sözçüsü Miller deyib ki, İranın edamları yerinə yetirmə tərzi “İranın törətməkdə davam etdiyini bir sıra insan hüquqları pozuntularından biridir və buna görə də İranı bu hərəkətlərə görə cavabdeh tutmaq üçün sanksiyalarımızdan istifadə etməyə davam edirik”.