Uşaq əməyi ya işləmək üçün çox kiçik, ya da təhsil və inkişafa xələl gətirən işlə məşğul olan uşaqların istismarı hesab edilir. Dünyada təxminən 160 milyon uşaq uşaq əməyi ilə məşğuldur. Bunların təxminən yarısı, 79 milyonu təhlükəli iş şəraitində işləyir.
Hər iki ildən bir dünyada işçilərin hüquqlarını qorumaq səylərinin bir hissəsi olaraq Birləşmiş Ştatların Əmək Nazirliyi iki hesabat hazırlayır: Uşaq əməyinin ən pis formaları və uşaq əməyi və ya məcburi əməyin nəticəsində istehsal olunan məhsulların siyahısı.
ABŞ Əmək Nazirliyinin Beynəlxalq Əmək Məsələləri üzrə müavininin köməkçisi Thea Mei Li bildirib ki, malların siyahısı “on milyonlarla insanın həyatına təsir edən və dövrümüzün ən aktual problemlərindən bəziləri ilə kəsişən qlobal əmək istismarının ümumi mənzərəsini təqdim edir”.
Onun sözlərinə görə, narahat edən üç tendensiya mövcuddur. “Birincisi, məcburi əməyin və uşaq əməyinin genişlənən qlobal tendensiyasıdır. Genişlənmə göstərir ki, dövlət və özəl sektorun əməyin istismarı ilə bağlı səyləri işçiləri təhlükəli iş şəraiti, istismar xarakterli uşaq əməyi, məcburi əməyə cəlb etmək və ya sınaqlara məruz qaldıqları üçün repressiya riski altında qoyan qlobal istehsal meylləri ilə ayaqlaşmır. İkinci tendensiya uşaq əməyi və ya məcburi əməyin hesabına istehsal olunan kritik mineralların sayının artmasıdır” - deyə, o bildirib.
“İndi siyahıda 12 ölkə var. Konqo Demokratik Respublikası, Zambiya, Zimbabve və Boliviyadakı uşaqlar kobalt, mis, litium, manqan, tantal, qalay, volfram və sink kimi kritik mineralları çıxarırlar. Onlar zəif tənzimlənən kustar və kiçik mədənlərdə çalışır, tunel qazmaq, ağır yüklər daşımaq və zəhərli maddələrlə işləmək kimi təhlükəli işləri yerinə yetirirlər”.
“Qeyd edilməli olan üçüncü tendensiya Çinin qlobal istehsal üstünlüyünə yol açan əmək istismarıdır. Ən azı 2016-cı ildən bəri Çin Xalq Respublikası Sincandakı uyğurları və digər müsəlman etnik azlıq qruplarının üzvlərini soyqırıma, dövlət tərəfindən məcburi əməyə və insanlığa qarşı cinayətlərə məruz qoyub”.
"Bu eskalasiya dərin narahatlıq doğurur, çünki Çin, demək olar ki, bütün çirklənmiş metalların aparıcı, hətta aparıcı olmasa da, qlobal ixracatçısıdır" - deyə, Li bildirib.
Məcburi və uşaq əməyi bütün dünyada çox yayılıb. Hökumətlərin işi uşaqların istismarından heç kimin qazanc əldə etmədiyini təmin etməkdir. Belə ki bu, dəhşətli cinayətdir.