Kolumb Günü 2024

1492-ci il oktyabrın 12-də italyan səyyah Xristofer Kolumbun rəhbərliyi altında üç ispan gəmisi indiki Baham adalarının birinə çatıb. 1892-ci ildən oktyabrın ikinci bazar ertəsi bu hadisənin şərəfinə qeyd edilir. Bu gün həm də italyan amerikalıların nailiyyətlərinin anımına xidmət edir.

Amerika qitələrinin kəşfi dünyanı dəyişən bir hadisə olub. Kəşf dünyanı dəyişdirən ərzaq, heyvanlar, bitkilər və xalqların geniş, qlobal mübadiləsi olan Kolumbiya Mübadiləsini başladıb. Ən əsası, kartof və qarğıdalı kimi yeni bitkilər tezliklə bütün dünyada tarlaları bürüyüb və qlobal ərzaq ehtiyatını artırıb.

Təsadüfi deyil ki, dünya əhalisi 1492-ci ildən bəri dörd dəfədən çox, 1650-1850-ci illərdə iki dəfə artıb. Ancaq heç də hamı Kolumbun kəşf səyahətini qeyd etməkdən məmnun deyil, çünki onun ardınca yerli xalqı əsarət altına alan avropalı istilaçıların və müstəmləkəçilərin axını baş verib. Onları yerli əhalini xristianlığı qəbul etməyə məcbur edib və onlara immuniteti olmayan xəstəlikləri gətiriblər.

Beləliklə, bu gün bir çox insan Kolumb Gününü oktyabrın ikinci bazar ertəsi günü qeyd edərkən 26 ştat və ölkənin müxtəlif şəhərləri və təşkilatları əks bayram - Yerli Xalqlar Günü keçirir. Buna görə də hər il bu gün Prezident Co Bayden hər iki bayramla bağlı bəyanat verir: biri Kolumb Günü, ikincisi Yerli Xalqlar Günü üçün.

"Bir çox italyan amerikalı üçün Xristofer Kolumbun səyahətinin hekayəsi qürur mənbəyi olaraq qalır. Bu, bir çox italyan amerikalıların nahar süfrəsidə eşitdikləri Atlantik okeanı boyunca səyahətlərin hekayələrini əks etdirir. İnsanların ABŞ-da fürsət vədi üçün bildikləri və sevdikləri hər şeyi geridə qoyub getmələri haqqında hekayələr" - deyə, prezident Bayden ilk bəyanatında yazır.

İkincisində o yazır: “Amerikanın yerli xalqlarının hekayəsi onların dözümlülük və sağ qalma hekayəsidir; özlərinin özünüidarə hüququna davamlı sadiqlikləri; mədəniyyətləri, kimlikləri və həyat tərzini qorumaq əzmindən. Bu gün yerli xalqlar möhkəmlik, güc və əzmkarlıq çırağı, eləcə də inanılmaz töhfələr mənbəyidir. Amerika bir fikir üzərində qurulub: hamımız bərabər yaradılmışıq, yaradan tərəfindən bizə müəyyən ayrılmaz hüquqlar bəxş edilib və həyatımız boyu bərabər rəftar olunmağa layiqik. Baxmayaraq ki, biz bu ideyanı heç vaxt tam şəkildə həyata keçirməmişik, amma arzularımız da heç vaxt ondan uzaqlaşmamıza imkan verməyib”.