ABŞ uşaqların qurğuşun zəhərlənməsinə son qoyulmasında tərəfdaşlıq edir

Oktyabrın 20-dən 26-a qədər Beynəlxalq Qurğuşun Zəhərlənməsinin Qarşısının Alınması Həftəsi qeyd olunur. Qurğuşun zəhərlənməsi müxtəlif zərərli təsirlərə səbəb ola bilər, lakin təhlükələr uşaqlar üçün daha ciddidir.

USAID-in Administratoru Samanta Pauer bildirib ki, uşaqlar qurğuşunla təmasda olduqda, bu, onların beyin inkişafını ləngidir, bədənlərinə zərər verir və hətta onları öldürə bilir.

Onun sözlərinə görə, qurğuşun zəhərlənməsinin məlum təhlükələrinə baxmayaraq, dünya ölkələri hələ də bu təhlükələrlə mübarizədə çətinlik çəkir.

“Tarixən inkişaf etməkdə olan ölkələrdə qurğuşun zəhərlənməsi ilə mübarizə üçün illik qlobal maliyyə 15 milyon dollardan azdır. Bu, sağlamlığa oxşar təsirləri olan xəstəliklərə xərclənən vəsaitin kiçik bir hissəsidir".

Bu, keçən ay Birləşmiş Ştatlar və 50-dən çox maraqlı tərəf Qurğuşunsuz Gələcək üçün Tərəfdaşlığa başlayanda dəyişib. Hökumətlər, xeyriyyə təşkilatları və biznes şirkətləri 2040-cı ilə qədər inkişaf etməkdə olan ölkələrdə uşaqların qurğuşun zəhərlənməsinə son qoymaq məqsədi ilə 150 milyon dollardan çox vəsait ayırıb.

“ABŞ-ın bu tərəfdaşlıqda iştirakı “Trive” strategiyasının bir hissəsidir - uşaqlar üçün qlobal təhlükələri aradan qaldırmaq üçün hökumətin səyi”, USAİD-in Administrator müavini Dr. Bama Atreya bildirib.

“Bu, çox vacibdir, çünki bilirik ki, dünyada hər 3 uşaqdan 1-də qanda qurğuşun səviyyəsi yüksəkdir və bu, onların uzunmüddətli idrak inkişafına təsir göstərir. Bu, bizim həll edə biləcəyimiz bir problemdir və inkişaf strategiyası erkən yaşlarda uşaqların inkişafına yönələn fokuslanmış, hərtərəfli diqqət bizə problemlər haqqında düşünməyə və böyük praktiki və tərəfdaşlığa əsaslanan səyləri həyata keçirməyə imkan verir”.

Administrator müavininin köməkçisi Atreya bildirib ki, bu tərəfdaşlıq bütün səviyyələrdə uşaqların inkişafı və ABŞ-ın İnkişaf Strategiyasının daha böyük məqsədi üçün çox vacibdir.

“Trive” strategiyası qlobal strategiyadır. O, bütün dünyada əlverişsiz və ya həssas şəraitdə yaşayan uşaqların müdafiəsini və qayğısını yaxşılaşdırmaq məqsədi daşıyır. Bu strategiyanın ən gözəl tərəfi odur ki, o, bütün dünyada ehtiyacı olan uşaqlara ABŞ hökumətinin yanaşmasını təmsil edir”.

Administrator müavini Atreya "Dünyada ən həssas uşaqları qorumalı olduğumuz barədə geniş yayılmış razılaşma var" deyib

Birləşmiş Ştatlar uşaqları qorumaq və uşaqların inkişafı üçün təhlükələri aradan qaldırmaq üçün tərəfdaşlarla işləməyə davam edəcək.