ABŞ Qvatemalada ədalətli hakim seçimini təşviq edir

Qvatemala Konqresi ciddi ittihamlarla qarşılaşan şəxsi Konstitusiya Məhkəməsinə hakim təyin etməyə cəhd göstərir.

İddialara ədalətə maneə törətmək üçün qəsd və prezidentin korrupsiyada ittiham olunan köməkçisi Qustavo Alehosla əlaqələr daxildir. ABŞ Dövlət Departamenti ona qarşı açıq şəkildə Qvatemalada qanunun aliliyinə xələl gətirən ciddi korrupsiya ittihamları irəli sürmüşdü.

Fevralın 1-də Qvatemala Dövlət Nazirliyi tərəfindən qaldırılan iddia nəticəsində hakim bu dövlət məmuruna qarşı ədalət mühakiməsinə mane olduğu üçün həbs qərarı verib.

Onun Qustavo Alehos ilə əlaqələri narahatlıq doğurur.

2020-ci ildə cəzasızlıqla mübarizə aparan Qvatemalanın Xüsusi Prokurorluğu ədliyyə sisteminə kobud müdaxiləni aşkar edib.

İstintaq qvatemalalı bir iş adamı və hazırda korrupsiyaya görə həbsdə olan sabiq prezident Álvaro Kolomun keçmiş Baş Katibi Qustavo Alehosun Apellyasiya və Ali Məhkəmə hakimlərinin seçim prosesinə təsir etmək üçün bir sxem qurduğunu müəyyənləşdirib.

Mətbuat xəbərlərinə görə, Alehosikisi Qvatemaladakı mövcud rəhbərliyi üvzü olan 10 qanunverici də daxil olmaqla, məhkəmə seçimi prosesində iştirak edən ən azı 41 nəfərlə əlaqədə olub.

ABŞ Dövlət Departamenti Alehos və ailə üzvlərini korrupsiyada iştirakına görə 2020-ci ilin iyun ayında ABŞ-a girişini qadağan edib.

Qvatemalanın keçmiş prezidenti Alvaro Kolomun Baş Katibi vəzifəsində çalışan Alehos qanunun aliliyi və Qvatemala xalqının öz hökumətlərinin demokratik qurumlarına, məmurlarına və ictimai proseslərinə inamının pozulmasında iştirak edib.

Qvatemala Konqresinin Alehosla yaxından əlaqə olan və ciddi korrupsiyaya görə ittiham edilən şəxsi Konstitusiya Məhkəməsinə təyin etmək cəhdi Qvatemalanın ən yüksək məhkəməsinin bütövlüyünü şübhə altına alır və bununla da qanunun aliliyinin zəifləməsi və ABŞ-ın Qvatemala ilə əməkdaşlıq prioritetinə xələl gətirir.

Dövlət Departamentinin sözçüsü Ned Praysın dediyinə görə, demokratik idarəçiliyi gücləndirmək lazımdır.

ABŞ Qvatemala xalqının layiq olduğu firavan və etibarlı gələcəyə doğru atılan bir addım olan yerli korrupsiya və cəzasızlığa qarşı mübarizəni dəstəkləməyə borcludur. Konstitusiya Məhkəməsinə ədalətli və şəffaf ədliyyə seçimi Qvatemalanın demokratik təsisatlarının bütövlüyü üçün çox vacibdir.