ABŞ və müttəfiqləri Çin rəsmilərinə Sincana görə sanksiya tətbiq edib

Birləşmiş Ştatlar Çinin Sincan regionunda baş verən insan haqları pozuntularına görə cavabdehliyi təbliğ etmək qətiyyətindədir. Bu məqsədlə ABŞ Avropa İttifaqı, Britaniya və Kanada ilə koordinasiya edərək Çin Xalq Respublkasının rəsmilərinə qarşı Sincanda baş verən ciddi insan haqları pozuntularına görə sanksiyalar elan edib.

Çinin Sincandakı insan haqları pozuntularına təcrid düşərgələri, məcburi əmək, məcburi sterilizasiya, din və etiqad azadlığına sərt məhdudiyyətlər və uyğurların dil və mədəni kimliklərinə sərt məhdudiyətlər daxildir.

“Çin Xalq Respublikası artan beynəlxalq qınaq fonunda Sincanda soyqırım və insanlığa qarşı cinayət törətməkdə davam edir,” Dövlət katibi Antoni Blinken açıqlamasında bildirib. “Birləşmiş Ştatlar Çin Xalq Respublikasına əksəriyyəti müsəlman olan uyğurlara və Sincandakı başqa etnik və dini azlıq qrupların üzvlərinə qarşı təzyiqlərinə son qoymasına, o cümlədən təcrid düşərgələrində və həbsxana müəssisələrində ixtiyari saxlanılan insanların sərbəst buraxılmasına dair çağırışlarını təkrarlayır.”

Birləşmiş Ştatlar Qlobal Maqnitski sanksiyalar proqramı altında Çinin iki rəsmisinə “Çin Xalq Respublikasının Sincanda dəhşətli istismarları ilə əlaqələrinə görə sanksiya tətbiq edib. Həmin rəsmilər Sincan İstehsal və İnşaat Korporasiuyasının Partiya Komitəsinin katibi Vanq Junqjenq və Sincan İctimai Təhlükəsizlik Bürosunun direktoru Çen Minqquodur. Bu sanksiyalar altında bu şəxslərin Birləşmiş Ştatlarda olan və Birləşmiş Ştatlara gələcək bütün aktivləri dondurulacaq. Bundan əlavə amerikalılar onlarla tranzaksiya apara bilməz.

Birləşmiş Ştatlar bu addımı həmin iki rəsmi və başqalarına sanksiya tətbiq edən Avropa ittifaqı, Britaniya və Kanadadakı tərəfdaşları ilə həmrəylik içində atıb.

Britaniya, Kanada və Birləşmiş Ştatların xarici işlər nazirləri birgə bəyanatda bildiriblər ki, onarın koordinasiya edilmiş tədbirləri, Avropa İttifaqının gördüyü tədbirlərlə birlikdə “Sincandakı insan haqları pozuntuları və istismarla bağlı açıq mesaj göndərir.” Onlar Çini repressiv addımlarına son qoymağa və Birləşmiş Millətlər Təşkialtından müstəqil təhqiqatçıların, habelə jurnaslitlər və xarici diplomatların regiona maneəsiz girişinə icazə verməyə çağırıblar.

“Biz Çinin insan haqları pozuntularına işıq saçmaq üçün birlik olmağa davam edəcəyik, xarici işlər nazirləri elan edib. “Biz birlikdəCsincanda əziyyət çəkənlər üçün ədalətin təmin olunmasına çağırırıq.”