ABŞ-ın Əfqanıstana yeni yardımı

Prezident Co Bayden aprelin 14-də ABŞ-ın 2021-ci il sentyabrın 11-nə qədər Əfqanıstandan son hərbi qüvvələrini çıxaracağını açıqladı. Buna baxmayaraq, Prezident Bayden Birləşmiş Ştatların hərbi iştirakına son qoysa da, ABŞ-ın Əfqanıstana köməyinin davam edəcəyini bildirdi. “Biz Əfqanıstan hökumətini dəstəkləməyə davam edəcəyik. Əfqanıstanın Milli Müdafiə və Təhlükəsizlik qüvvələrinə yardım göstərməyə davam edəcəyik” - deyə o qeyd edbi.

Dövlət katibi Antoni Blinken iyunun 4-də yazılı bəyanatında Əfqanıstan xalqına verdiyi bu öhdəlik çərçivəsində ABŞ-ın 266 milyon dollardan çox yeni humanitar yardım ayıracağını bildirib.

"Amerika xalqı tərəfindən bu yardım humanitar məsələlər üzrə beynəlxalq partnyorlarımızın Əfqanıstanda ehtiyacı olan təxminən 18 milyon insandan bəzilərinə, o cümlədən 4,8 milyondan çox məcburi köçkün olmuş əfqana dəstəyin təmin edilməsinə kömək edəcək," Dövlət katibi Blinken bildirib. "Yalnız bu il Əfqanıstan daxilində münaqişə nəticəsində 115,000-dən çox insan evlərindən didərgin düşüb və 500,000-ə insan yaxın yardım məqsədilə Əfqanıstana qayıdıb," o qeyd edib.

Bu vəsaitlər mənzil, iş imkanları, COVID-19 pandemiyasına cavab olaraq əsas səhiyyə xidmətləri, təcili qida, su, sanitariya və gigiyena xidmətlərinin göstərilməsinə sərf olunacaq. “Bundan əlavə, bu yardım ən həssas vəziyyətdə olan əfqanların müdafiəsi ilə bağlı ehtiyaclarını ödəməyə kömək edir. Buraya pandemiya və onilliklərdir davam edən qarşıdurma nəticəsində gender əsasında zorakılıqlar daxil olmaqla, xüsusi risk altında olan qadın və qızlar daxildir,” Dövlət katibi Blinken bildirib.

“Uzun illərdir ki, Birləşmiş Ştatlar Əfqanıstana qayıdan şəxslər, qaçqınlar və köçkünlərə dəstəyi prioritet edib. ABŞ Əfqanıstandan hərbi qüvvələrini çıxardıqca bizim davamlı öhdəliyimiz aydındır. Biz Əfqanıstan xalqının istədiyi və layiq olduğu dinc və sabit gələcəyi dəstəkləmək üçün bütün diplomatik, iqtisadi və yardım vasitələri ilə işimizi davam etdiririk.

"Biz Əfqanıstan liderləri və Talibanı qırx ildən çoxdur davam edən münaqişəyə son qoymaq və qaçqınların öz evlərinə təhlükəsiz şəkildə qayıtmalarına imkan verəcək şərait yaratmaq üçün danışıqlar yolu ilə siyasi həll və daimi və hərtərəfli atəşkəs yolunda irəliləməni sürətləndirməyə çağırırıq."