Beynəlxalq dini azadlıq ABŞ-ın xarici siyasətində əsas məqsəddir

Amerika Birləşmiş Ştatları dünyada dini etiqad azadlığına və tolerantlığa hörməti təbliğ etmək və genişləndirmək əzmindədir.

"Bu, yalnız bizim amerikalı olduğumuzu əks etdirmir, bu, ABŞ üçün strateji milli maraq və əsas xarici siyasət priorotetidir" - deyə, Beynəlxalq İnkişaf Agentliyinin administratoru Samanta Pauer bildirib.

"Bilirik ki, ölkələr dini azadlığı təşviq etdikdə və dini azlıqları qoruduqda demokratiyaları daha sabit olur, cəmiyyətlərin bərabər şəkildə inkişaf etməsi və çiçəklənməsi, ümumi həyat keyfiyyətinin yaxşılaşması ilə qadın və qızların hüquqlarının daha çox qorunması mümkündür" - deyə, o əlavə edib.

"Araşdırmalar göstərir ki, dini məhdudiyyətlərin və düşmənçiliyin azaldığı ölkələrdə ÜDM artım templəri məhdudiyyətlərin əhəmiyyətli dərəcədə yüksək olan ölkələrdən iki qat artıqdır. Əlavə olaraq, dini azlıqları damğalayan, sıxışdıran və ya sərbəst şəkildə ibadət etmək imkanlarını məhdudlaşdıran ölkələr qeyri -sabitliyə və qarşıdurmalara daha çox meyllidirlər," Pauer deyib.

“Dini azadlıqların inkar edilməsi daha çox sosial qarşıdurma və zorakılıqlarla əlaqələndirilir. Əslində, hökumətlər tərəfindən dinə yüksək məhdudiyyətlər qoyulan ölkələrin aşağı və ya heç bir məhdudiyyəti olmayan ölkələrdən fərqli olaraq sosial qarşıdurmanın şahidi olma ehtimalından iki qat çoxdur."

Həqiqətən, insanlar vicdanlarına görə ibadət etməkdə azad olmadıqca və bütün dinlərə mənsub insanlar müqəddəs yerlərə və ibadət yerlərinə girmədikcə davamlı sülhün qeyri-mümkünlüyü aydın məsələdir.

Prezident Co Baydenin xarici siyasətlə əlaqədar inkişafın müdafiə və diplomatiya qədər vacib olduğunu açıq şəkildə söyləməsi təəccüblü deyil.

Pauer "USAID-in inanc əsasları və Qonşuluq Tərəfdaşlığı Ofisi ilə koordinasiya yolu ilə insan haqları pozuntularına cavab verdiyini, vəhşiliklərin qarşısını almaq və mədəniyyətləri qorumaq üçün çalışdığını və bütün insanların dini azadlığı qoruduğunu" deyib.

"Beynəlxalq din azadlıların inkişafına dair çoxdan fərqli fikirlər var, ancaq bunun açıq, fərqli bir insan haqqı olduğunu və hamımızın paylaşdığımız bu dünyanın sabitliyi və sülhünün mərkəzi olduğunu qəbul etməkdə ortaq fikirlər də var."

Administrator Pauerin sözlərinə görə, Amerika Birləşmiş Ştatları dünyada din azadlığı uğrunda mübarizəni davam etdirəcək, vətənimizdə dəyər verdiyimiz azadlıqlara görə təvazökar və minnətdar olaraq qalacağıq və Allahın lütfü və müdrikliyi sayəsində ləyaqətimizi təsdiq və dünyada daha çox insan üçün azadlığı təmin etmək üçün dua edəcəyik.