Getdikcə daha da qloballaşan dünyanın əsas mənfi cəhətlərindən biri patogenlərin sərnişin təyyarəsinin sürəti ilə dünya üzrə miqrasiya qabiliyyətidir.
Aprelin sonunda Vaşinqtonda Qlobal İnkişaf Mərkəzində çıxış edən USAID-in Administratoru Samanta Pauer deyib ki, yeni patogenlərin ortaya çıxmasına və sürətlə yayılmasına kömək edən risk faktorları artıb və onlar hələ də artmaqdadır.
"İnsanlar artan əhalini qidalandırmaq və yerləşdirmək üçün meşələri və digər yaşayış yerlərini məhv etdikcə, meşə yanğınları və uzun sürən quraqlıq və iqlim fəlakətləri heyvanları və insanları mövcud evlərindən sıxışdırdıqca, vəhşi təbiət və insanlar bir-biri ilə daha sıx təmasda olur. Hamımızın bildiyimiz kimi xəstəliklərin heyvanlardan insanlara keçməsi daha asandır. Getdikcə qloballaşan dünyada bu patogenlər tez bir zamanda icmalar, ölkələr və qitələr arasında yayıla bilər" - deyə o bildirib.
Həqiqətən də yoluxucu xəstəliklərin, o cümlədən COVID-19 pandemiyası, bir çox ölkəni əhatə edən vəba və Uqanda Ebola epidemiyasının yayılması ilə bağlı son təcrübələr qlobal sağlamlıq fövqəladə hallarına cavab verilməsində standartlaşdırılmış və mərkəzləşdirilmiş tədbirlərə təcili ehtiyac olduğunu açıq şəkildə göstərir.
"Buna görə də USAID Qlobal Səhiyyə Fövqəladə İdarəetmə Sistemini təsis edib və bu yeni təşəbbüs birdən çox böhranla tez bir zamanda mübarizə aparmağa kömək edəcək" - deyə, Pauer bildirib.
"USAID-in humanitar böhranlara sürətli və effektiv cavab tədbirləri ilə bağlı uzun tarixi bizə fövqəladə vəziyyətdə uğurun məhz buna əsaslandığını öyrədib. Artan maliyyə və işçi heyətini sürətlə yerləşdirmək və USAID-in müvafiq bürolarında və bizim böyük ABŞ hökumətimizdə cavab tədbirlərini koordinasiya etmək üçün sistemin mövcudluğuna əsaslanır. Yeni qlobal sağlamlıq fövqəladə hallara cavab sistemi bizə bunu etməyə kömək edəcək" , Pauer əlavə edib.
Qlobal Səhiyyə Fövqəladə İdarəetmə Sistemi USAİD-ə səhiyyənin maliyyələşdirilməsini tez bir zamanda müəyyən etməklə xaricdəki personalı dəstəkləməyə imkan verəcək. Sistem, həmçinin ölkə və regional potensialı artırmaq və USAİD-də liderlik qərarlarının icrasını əlaqələndirmək üçün kadrların sürətlə yerləşdirilməsinə imkan verəcək. Nəhayət, o, idarələrarası tərəfdaşlarla əlaqəni gücləndirəcək.
"Biz bütün yoluxucu xəstəliklərin, istər yeni COVID variantları, mövcud təhlükələr və ya ortaya çıxan patogenlər səbəb olsunqarşısını almaq, aşkar etmək və onlara cavab vermək üçün dünyanın potensialını yaratmalıyıq. Xəstəliklərin yayılması təcili milli təhlükəsizlik riskləridir və bütün dünyada hökumətlər onlara bu şəkildə yanaşmalı, yenidən bioloji təhlükələrə qarşı kollektiv müdafiəmizi gücləndirməlidir" - deyə, o qeyd edib.