Bu gün COVID-ə nəzarət etmək, gələcək fövqəladə halların qarşısını almaq

Biz qlobal icma olaraq COVID-19 pandemiyasına nəzarət etmək üçün nəzərəçarpan irəliləyişlər əldə etmişik. "Ancaq davamlı tədbirlər görülməsə, həyatlar və dolanışıq vasitələri risk altında olmağa davam edəcək" – deyə, İkinci COVID-19 Sammitində Vitse-Prezident Kamala Harris bildirib. "Biz hamımız kollektiv olaraq sözlərimiz və əməllərimizlə açıq-aşkar bildiririk ki, qane olmaq bir seçim deyil."

“Bizim iki məqsədimiz var: Birincisi, biz təhlükəyə cavab verməyə davam etməliyik. İkincisi isə, biz gələcəyə hazırlaşmalıyıq. Nə qədər ki, COVID virusu hər hansı bir ölkədə mövcud olmağa davam edir, o bizim hamımıza təsir göstərir.”

Bu səbəbdən də Birləşmiş Ştatlar dostlarımızı, müttəfiqlərimizi və tərəfdaşlarımızı COVID-19 pandemiyasını idarə etmək səylərini ikiqat artırmağa və eyni zamanda “gələcəkdə sağlamlıqla əlaqəli fövqəladə vəziyyətlərə hazır olmağa çağırır. “Bu sammit səylərimizi yeniləmək, pandemiyanı nəzarət altına almaq yolunda irəliləmək və gələcək səhiyyə böhranlarının qarşısını almaq üçün bir fürsətdir,” Prezident Co Bayden deyib.

Birləşmiş Ştatlar qlobal bütün dünyanı peyvəndləmək, həyatları xilas etmək və gələcək sağlamlıq böhranlarının qarşısını almaq üçün sağlamlıq təhlükəsizliyini yaxşılaşdırmaq səylərinə sərmayə qoymaqda liderlik edir.

Birləşmiş Ştatlar COVAX, Afrika Peyvənd Alma Trastı, habelə individual ölkələrlə əməkdaşlığı nəticəsində 115 ölkəyə 539 milyon doza ianə edib, onları həyat qurtaran testlər, müalicələr və ləvazimatlarla təmin edib. Eyni zamanda biz bir çox ölkə ilə birlikdə növbəti pandemiyaya hazırlıq görürük. Gələcəkdə Birləşmiş Ştatlar Ümumdünya Səhiyyə Təşkilatının COVID-19 Texnologiyaya Çıxış Hovuzu vasitəsilə kritik COVID-19 texnologiyasını paylaşacaq,“ Prezident Bayden deyib.

“Biz bir çox COVID-19 peyvəndlərində istifadə olunan stabilləşdirilmiş peplomer zülalı da daxil olmaqla, Birləşmiş Ştatlar hökumətinə məxsus sağlamlıq texnologiyalarını istifadəyə açıq vəziyyətə gətiririk.

Biz Qlobal Fonda birlikdə işləyərək, ucqar ərazilərdə yaşayan insanlar üçün sürətli testlər və virus əleyhinə müalicələrə çıxışı artırmaq üçün yeni pilot proqram hazırlayırıq.

Biz həm də bu yay toxum maliyyələşdirilməsi üçün 450 miloyon dollar vəsait ilə təsis olunan yeni Pandemiyaya Hazırlıq və Qlobal Sağlamlıq Təhlükəsizlik adlı maliyyə vaistəçiliyi fonduna dəstəyimizi artırırıq.”

Biz birlikdə qlobal sağlamlıq böhranları ilə üzləşəcəyik… Məsələ bunun olub-olmayacağında deyil, nə zaman olacağındadır,” Prezident Bayden deyib. “Biz növbəti variantın və növbəti pandemiyanın qarşısını almaq üçün indi işləməyə başlamalıyıq. Bunun üçün bizim hamımızın daha çox iş görməsi tələb olunacaq.”