Honq Konqun mətbuat azadlığı məşhur Apple Daily qəzetinin ofislərinə hücum edilərək iki yüksək səlahiyyətli və üç ən yaxşı redaktorun həbsi ilə daha bir dağıdıcı zərbə alıb. Basqında onlarla hard drayv ələ keçirilib və qəzetin maliyyə hesabları dondurulub.
Apple Daily 2019-cu ildə Honq Konqda hökumət əleyhinə etiraz aksiyalarında iştirak etdiyi üçün hazırda həbs cəzası çəkən demokratiya tərəfdarı Cimmy Lai tərəfindən təsis edilib.
Basqın iyunun 17-də Pekin tərəfindən keçən il tətbiq olunan geniş milli təhlükəsizlik qanununu altında baş verib. Rəsmilərin bildirdiyinə görə, araşdırılan ittihamlara “xarici ölkələrlə və ya milli təhlükəsizliyi təhlükə altına almaq üçün xarici ünsürlərlə əlbir olmaq” daxildir.
ABŞ həbsləri kəskin şəkildə qınayıb. Dövlət Departamentinin sözçüsü Ned Prays mətbuat konfransında deyib ki, Honq Konq səlahiyyətlilərinin müstəqil media təşkilatlarını özbaşına hədəf almaq üçün milli təhlükəsizlik qanunlarından arbitrar şəkildə istifadə etməsi bizi çox narahat edir.
“İttihamlar tamamilə siyasi motivli görünür. Honq Konq polisinin Apple Daily-də yayımlanan məqalələrin “xarici qüvvələrlə əlbir olmaq üçün conspirasiya”nı sübut kimi göstərməsi bizi kədərləndirir. Hamımızın bildiyi kimi jurnalistikada əcnəbilərlə fikir mübadiləsi etmək heç vaxt cinayət olmayıb”- deyə, mətbuat katibi bildirib.
Prays deyib ki, ABŞ “milli təhlükəsizlik qanunlarından müstəqil medianı sıxışdırmaq, fərqli fikirləri susdurmaq və ifadə azadlığını boğmaq üçün bir vasitə kimi istifadə etmək səylərinin artmasından narahatdır.
Bu hərəkətlər Pekinin Honq Konqun muxtariyyətini və qorunan hüquq və azadlıqlarını təmin etmək üçün məcburi beynəlxalq müqavilə Çin-İngilis Birgə Bəyannaməsi çərçivəsində öz öhdəliklərini pozduğunu göstərir.
"Biz səlahiyyətliləri azad və müstəqil mətbuatı hədəf almaqdan çəkinməyə çağırırıq. Media azadlığını boğmaq və sərbəst məlumat axınını məhdudlaşdırmaq səyləri Honq Konqun demokratik təsisatlarını sarsıtmaqla yanaşı, Honq Konqun beynəlxalq bir mərkəz olaraq etibarlılığına və həyat qabiliyyətinə zərər vurur."