Honq Konqda vəziyyət pisləşir

香港首宗國安法案件7月27日在高等法院判決,被告唐英傑煽動分裂及恐怖活動兩項罪名成立,大批記者在法院門外採訪,亦有大批警員在場戒備 (美國之音/湯惠芸)

Çin Xalq Respublikasının Honq Konqda Milli Təhlükəsizlik Qanununun tətbiqinə başladığından bir il keçir.

Bu qanun və digər qanunvericilik dəyişiklikləri Çin-İngilis Birgə Bəyannaməsi və Əsas Qanuna əsasən zəmanət verilmiş azadlıqların boğulması səyləri çərçivəsində Pekinin siyasətidir. Milli Təhlükəsizlik Qanunu Honq Konqda insan haqları vəziyyətinin pisləşməsi ilə nəticələnib.

Dövlət katibi Antoni Blinken Milli Təhlükəsizlik Qanununun ilk ildönümü münasibətilə verdiyi açıqlamada 2019-cu ildə etiraz aksiyaları başladığından bəri yerli hakimiyyət orqanlarının razılaşmadıqları dövlət siyasətinə qarşı çıxdıqları üçün minlərlə adamın, jurnalistlərin işlərini gördükləri üçün həbs edildiyini və Honq Konq səlahiyyətliləri sərbəst mətbuata qarşı davamlı və siyasi motivli bir kampaniya başlatdıqlarını deyib.

Pekin Honq Konqu hesabatlı, şəffaf idarəetmə və fərdi azadlıqlara hörmətdən məhrum edib və Honq Konqun 50 illik muxtariyyətinin dəyişməz qalacağı vədini pozub" - deyə, Blinken qeyd edib.

Pekinin repressiyası və Honq Konqun demokratik qurumlarını və proseslərini boğmasına görə ABŞ hərəkətə keçib. Dövlət Departamenti Honq Konqdakı təsirini proqnozlaşdırmaq üçün əsas platforma olan Honq Konq Xüsusi İdarə Bölgəsinin Mərkəzi Xalq Hökumətinin Əlaqələndirmə Ofisinin direktor müavinlərinə və Çinin yeddi məmuruna qarşı sanksiya tətbiq edib.

ABŞ fəaliyyətləri ilə Hong Kong muxtariyyətinə xələl gətirənlərin hesablarını dondurub.

Bundan əlavə, ABŞ Dövlət, Departamenti, Maliyyə, Milli Təhlükəsizlik və Ticarət Nazirlikləri ABŞ qurumlarına Milli Təhlükəsizlik Qanunu və Honq Konqun qanunun aliliyinə xələl gətirən digər qanunvericilik dəyişiklikləri səbəbiylə əməliyyatlarında və fəaliyyətlərində ortaya çıxacaq risklər haqqında xəbərdarlıq edib.

Dövlət Departamenti Honq Konqda son bir ildə baş verənlərin beynəlxalq şirkətlər üçün əməliyyat, maliyyə, hüquqi və reputasiya baxımından risklər yaratdığını bildirib.

Risklər arasında potensial elektron nəzarət və məlumat məxfiliyinin olmaması; məlumatlara girişin azaldılması; şirkətlərə ABŞ-a uyğun gəlmələri üçün potensial intiqam və təqib, Honq Konqda Milli Təhlükəsizlik Qanunu çərçivəsində işləyən şəxslərin həbs ehtimalı barədə də xəbərdarlıq yayıb.

Dövlət katibi Blinken Tweet-də ÇXR rəsmiləri vətətbiq olunan yeni iş sanksiyalarının “ABŞ-ın Honq Konq üçün susmayacağını və Pekinin pozduğu vədlər və repressiv hərəkətlərə görə məsuliyyətinii artıracağını” göstərdiyini yazıb.