ABŞ hökumətinin mövqeyini əks etdirən baş məqalə
Türkiyə və Birləşmiş Ştatlar 70 ilə yaxındır NATO müttəfiqləridirlər.
İki ölkə arasında əməkdaşlıq ümumi maraqlar və qarşılıqlı hörmətə əsaslanır və diqqət regional təhlükəsizlik və sabitlik, iqtisadi əməkdaşlıq və insan haqları sahəsindəki irəliləyişlər kimi məsələlərə yönəlib.
Birləşmiş Ştatlar terrora qarşı mübarizədə Türkiyə ilə həmrəydir. Terrora qarşı mübarizə bizim strateji əməkdaşlığımızın əsas hissəsidir.
Məhz elə bizim ölkələr terror təhlükəsizə qarşı mübarizədə birlik olduqları üçün Birləşmiş Ştatlar bu yaxında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın avqustun 22-də İstanbulda iki Həmas liderini qəbul etməsinə etiraz edib. Dövlət Departamentinin sözçüsü Morqan Ortaqusun yazılı bəyanatda qeyd etdiyi kimi, “Həmas ABŞ v Aİ tərəfindən terror təşkilatı olaraq təyin olunub və prezident Ərdoğanın görüşdüyü hər iki rəsmi Xüsusi Təyin Olunmuş Qlobal Terrorçulardır.”
Həmasın məqsədi İsraili məhv edib, İordan çayından Aralıq Dənizinə qədər uzanan İslam dövləti yaratmaqdır. Qrup adətən mülki vətəndaşları hədəf alır, istifadə etdiyi silahlara isə raketlər, intiharçı bombalar, bıçaqlar və terror tunelləri daxildir.
Prezident Ərdoğanın İstnabulda görüşdüyü insanlardan biri Həmasın baş siyasi lideri İsmayıl Haniyədir. Haniyə 2018-ci ildə Xüsusi Təyin Olunmuş Qlobal Terrorçular siyahısına əlavə olunanda Dövlət Departamenti onu “Yaxın Şərqdə sabitliyi pozan, sülh prosesinə xələl gətirən və Misir və İsraildəki müttəfiqlərimizə hücum edən” əsas terrorçu lider adlandırmışdı.
Prezident Ərdoğanın görüşdüyü ikinci şəxs isə Həmasın başçısının müavini Salih əl-Əruridir. Əl-Ərurinin bir neçə terror hücumu, təyyarə qaçırma və oğurluq halları ilə əlaqəsi var. O, 2014-cü ildə İordan çayının qərb sahilində üç israilli yeniyetmənin oğurlanıb, öldürülməsinə ilə nəticələnən terror hücumuna görə Həmasın məsuliyət daşıdığını açıqlayan və onların qətlini “qəhrəmanlıq əməliyyatı” adlandıran insandır. Birləşmiş Ştatların Ədalət üçün Mükafat Proqramı onun həbsinə gətirib çıxaracaq hər hansı məlumat üçün 5 milyon dollar mükafat təqdim edir.
Dövlət Departamentinin sözçüsü Morqan Ortaqusun qeyd etdiyi kimi, avqustda baş tutan görüş Prezident Ərdoğanın Həmas rəhbərliyi ilə Türkiyədə keçirdiyi ikinci görüşdür. “Prezident Ərdoğanın bu terror təşkilatı ilə davamlı olaraq görüşməsi Türkiyənin beynəlxalq ictimaiyyət tərəfindən təcrid olunmasına gətirib çıxarır, fələstin xalqının maraqlarına ziyan vurur və Qəzzədən olan terror hücumlarının qarşısı almaq yolundakı qlobal səylərinə xələl gətirir. Biz Türkiyə hökümətinin Həmasla əlaqələri ilə bağlı narahatlıqlarımızı ən yüksək səviyyədə çatdırmağa davam edirik,” Ortaqus bildirib.