"İqlim böhranı dövrümüzün sınağıdır və bəziləri onun hələ də yavaş hərəkət etdiyinə inansa da, bu, belə deyil," ABŞ prezidentinin İqlim məsələləri üzrə xüsusi nümayəndəsi Con Kerri deyib. "Gördüklərimiz heç bir valideynin gələcək nəsillərə miras olaraq qoymaq istəmədiyi bir dünyadır."
"Faktlar, sübutlar və elm aydın şəkildə göstərir ki, bu gələcəyin qarşısını almaq üçün dar bir pəncərəmiz var. Biz hələ də buna yol verməyə bilərik. Lakin dünyanın hər yerində ölkələri bir araya gətirərək, fəaliyyətə keçmək üçün təcili hərəkət etməliyik," o qeyd edib.
"COVID-19-dan sonra iqtisadiyyatımızı yenidən daha yaxşı qurmaq üçün böyük bir imkan, müharibədə səfərbərliklə müqayisə edilə bilən cavab tədbirləri görmək vaxtı gəlib" -deyə, cənab Kerri bildirib.
Ən böyük addım, dünya iqtisadiyyatını təmiz enerjiyə istifadə edərək genişləndirməkdir, çünki qlobal istixana qazı emissiyalarının dörddə üçünü enerji təşkil edir.
"2030 -cu ilə qədər əlimizdə olan təmiz texnologiyalarının mənimsənilməsini sürətləndirməliyik. Bu, günəş və külək enerjisi vasitəsilə bərpa olunan enerji istehsalının dörd dəfə artırılması deməkdir. Bu o deməkdir ki, satılan yeni avtomobillərin yarıdan çoxu elektrikli olmalıdır," - deyə cənab Kerri qeyd edib.
"Bu on il ərzində 2050 -ci ilə qədər qlobal iqtisadiyyatın karbondan təmizlənməsində mühüm rol oynaması üçün yeni texnologiyaları inkişaf etdirməli, nümayiş etdirməli və genişləndirməliyik," o bildirib.
"2040 -cı ilə qədər kömür və neft hasilatından tamamilə imtina etməliyik, eyni səviyyədə təbii qaz istehsalından asılılığımızı kəskin şəkildə azaltmalıyıq"- deyə Kerri bildirib.
“1.5 dərəcə Selsi ilə yenidən daha təhlükəsiz bir gələcək qurmaq üçün hələ vaxt var. Lakin dünyanı əsrin ortalarına qədər qlobal səviyyədə `sıfır həddinə` doğru davamlı bir yola çıxarmağın yeganə yolu yalnız 2030-cu ilə qədər hər bir böyük iqtisadiyyatın əhəmiyyətli azalmalara imza atdığı halda mümkün ola bilər,"- deyə, Kerri qeyd edib.