Kuba rejiminin məhdudiyyətlərinə qarşı cavab tədbirləri

"Ağ Geyimli Qadınlar" hərəkatının lideri Berta Soler hərəkatın banisi Laura Pollanın şəkli əks olunan şüar aparır. Havana, Kuba. 13 sentyabr, 2015.

Birləşmiş Ştatlar Kubaya qarşı əlli ildən çoxdur yürütdüyü siyasət daxilində Kuba rejiminin Kuba xalqının həyatının hər aspektinə tətbiq etdiyi qəddar məhdudiyyətlərə qarşı tədbirlər görüb.

“Hər bir ABŞ administrasiyası eyni problemlərə üzləşib və bunlara qarşı tədbir görməyin yollarını axtarır,” Dövlət Katibinin qərb yarımkürəsi məsələləri üzrə müavini vəzifəsini icra edən Maykl Kozak bu yaxınlarda Kubada İnsan Haqları Narahatlıqları ilə bağlı keçirilən xüsusi brifinq zamanı bildirib.

Birləşmiş Ştatlar illər ərzində Kuba rejimini insan haqları, vətəndaş cəmiyyəti və plüralizmə yanaşmasını liberallaşdırmağa məcbur etmək məqsədilə Kubaya sanksiyalar tətbiq edib.

Səfir Kozak deyir ki, bu yanaşma çox minimal uğur əldə edib, çünki “Kuba iqtisadiyyatı parazit olmaq üzərində qurulub və başqalarından asılıdır,” o deyib. “Onlar başda bu cür ağır, repressiv tədbirlər görmüşdülər və nəticədə ölkədəki sahibkarların çoxu ölkəni tərk etdi, tələbə assosiasiyaları, qəzetlər və hər cür vətəndaş cəmiyyəti bağlandı. Onlar bunu Kuba iqtisaiyyatını məhv etmək bahasına edə bildilər, çünki onlar uzun illər Sovet İttifaqından böyük subsidiyalar alıblar."

Biz bunun həqiqət olduğunu bilirik, çünki Sovet İttifaqı 1991-ci ildə süquta uğradığı zaman Kuba bəzi güzəştl'rə getməyə, əks təqdirdə əhalisini aclığa məhkum etməyə məcbur qaldı. Hökumət iqtisadiyyatın məhdud şəkildə liberallaşmasına imkan yaratdı, dövlət katibinin müavini vəzifəsini icra edən Kozak bildirib. “Ölkə bundan, bu cür azad fəaliyyətdən faydalanmağa başladı və Kuba cəmiyyətində real dəyişiklik baş verdi.”

Dövlət katibinin müavini vəzifəsini icra edən Kozak deyib ki, daha sonra 1998-ci ildə Venesuelada Uqo Çavea hakimiyyətə gəldi və Kubaya subsidiyalar verməyə başladı. Kuba höküməti bunun müqabilində Çaves rejiminə hakimiyyətdə qalmağa yardım etməyi təklif etdi. “Və Kuba dərhal bütün liberallaşdırma tədbirlərini ləğv etdi və repressiv yanaşmaya geri döndü.”

Prezident Donald Tramp administrasiyası bu və başqa səbəblərdən “diqqəti Kastro rejiminə Kubadakı repressiyaları və Venesuelaya pis niyyətli müdaxiləsini maliyyələşdirmək üçün istifadə etdiyi resursları inkar etməyə yönəldib. Biz bunu Kuba ordusu, təhlükəsizlik və kəşfiyyat qurumlarına qarşı hədəfli sanksiyalar vasitəsilə etmişik. Bizim məqsədimiz Kubanın repressiv rejimini deyil, Kubanın vətəndaş cəmiyyətini və özəl sektorunu gücləndirməkdir,” dövlət katibinin müavini vəzifəsini icra edən Kozak bildirib.

“Kubalıların insan haqlarına hörmət ABŞ-ın Kuba ilə əlaqələrinin əsas məqsədi olaraq qalmalıdır.”