NATO “alyansı yetmiş ildən çoxdur ki, qlobal təhlükəsizlik və sabitliyin dayağı olaraq qalır. NATO daha güclü, daha enerjili və bəli, tarixində heç vaxt olmadığı qədər birlikdir,” prezident Co Bayden Litvanın paytaxtı Vilnüsdə keçirilən NATO sammitində bəyan edib.
Rusiya prezidenti Vladimir Putin Ukraynaya qarşı amansız müharibəyə başlayanda NATO-nun parçalanacağına inanırdı. "Ancaq o, səhv düşündü" prezident Bayden bəyan edib:
“Dünyanın sülhü və sabitliyinə, əziz tutduğumuz demokratik dəyərlərə, azadlığa qarşı təhlükə ilə üzləşib, biz həmişə etdiyimizi etdik: Birləşmiş Ştatlar addım atdı. NATO addım atdı . . .Bütün dünyada addım atdı.”
Bayden bildirib ki, Ukrayna xalqı Rusiya qüvvələrinin artıq demək olar ki, bir il yarımdır dəhşətli vəhşiliklər, o cümlədən insanlığa qarşı cinayətlər törətməsi qarşısında qırılmaz olaraq qalır.
“Bu müharibə başlayandan bəri mən Prezident Zelenskinin yanında olmuşam ki, dünyaya indi söylədiyimi bəyan edim: Biz tərəddüd etməyəcəyik. Ukraynaya sadiqliyimiz zəifləməyəcək. Biz bu gün, sabah və nə qədər lazımdırsa, azadlığın yanında olacağıq.”
“Biz hamımız bu müharibənin ədalətli şərtlərlə bitməsini istəyirik,” Prezident Bayden qeyd edib - Birləşmiş Millətlər Təşkilatı Xartiyasının əsas prinsiplərini, o cümlədən suverenlik və ərazi bütövlüyünə hörməti dəstəkləyən şərtlərlə:
“Təəssüf ki, Rusiya indiyədək diplomatik nəticəyə maraq göstərməyib. Putin hələ də səhv olaraq, Ukraynanı üstələyə biləcəyinə inanır. O inana bilmir ki, bu onların torpağı, onların ölkəsi, onların gələcəyidir. Və hətta bütün bu zamandan sonra, Putin hələ də bizim qalıcı gücümüzə şübhə edir. Onun hələ də, Birləşmiş Ştatlar və bizim müttəfiqlərimiz və tərəfdaşlarımız arasında inam və birliyin pozulacağına dair yanlış inamı var,” Bayden deyib.
Prezident Bayden deyib ki, insanların öz gələcəklərini müəyyən etmək hüququ təkcə Ukrayna deyil, Belarus, Moldova, Gürcüstan - dünya boyu insanların səslərinin eşidilməsi üçün mübarizə apardığı hər yerdə insanlar üçün çox dəyərlidir.
“Biz [öz müqəddəratını müəyyən etməyin] nə qədər vacib olduğunu heç vaxt unutmamalıyıq və heç vaxt daha yaxşı sabahdan əl çəkməməliyik,” Prezident Bayden bəyan edib.
“Demokratiyanın müdafiəsi bir günlük və ya bir illik bir iş deyil. Bu, həyatımızın, bütün zamanların məqsədidir.”