Rusiyada vətəndaş cəmiyyətinin fəaliyyəti məhdudlaşdırılır

Birləşmiş Ştatlar Rusiya hökumətinin vətəndaş cəmiyyətinə qarşı repressiyası ilə bağlı narahatlığını ifadə edib.

Dekabrın 18-də Rusiyanın Ədliyyə Nazirliyi beş şəxsi, o cümlədən tanınmış insan haqları fəalı Lev Ponomaryovu “xarici agentlər” siyahısına daxil edib. Digər dörd nəfər isə jurnalist Lyudmila Savitskaya, qəzet redaktoru Denis Kamalyagin, vebsayt jurnalisti Sergey Markelov və sənətçi və insan hüquqları fəalı Daria Apaxonçiçdir. Savitskaya, Markelov və Kamalyagin Birləşmiş Ştatlar Qlobal Media Agentliyinin nəzdində fəaliyyət göstərən Azadlıq Radiosunun Rusiya xidmətində işləyiblər.

Bu ilk dəfədir ki, təşkilatlar əvəzinə insanlar Rusiya Ədliyyə Nazirliyinin reyestrinə daxil edilir və qanunun sərt tələblərinə riayət etmədikləri təqdirdə çoxsaylı bürokratik təhqiqatlara, maliyyə auditlərinə məruz qalır.

Rusiya siyasi fəaliyyətlə məşğul olan xaricdən maliyyələşdirilən insan hüquqları quplarını xarici agent kimi təyin etməyə imkan yaradan qanunu ilk dəfə 2012-ci ildə qəbul edib.

2020-ci ilin dekabrın 31-də Prezident Vladimir Putin bir insan və ya quruma rəsmi olaraq “xarici agent” damğası vurulması üçün parametrləri genişləndirən və rəsmi qurumları statusları ilə bağlı məlumatlandırmayan və ya fəaliyyətləri ilə bağlı məlumat verməkdən imtina edən insanlar və təşkilatlara tətbiq olunacaq cəzaları, o cümlədən mümkün həbs müddətini artıran əlavə qanun layihəsini imzalayıb. Amnesty International qanun layihəsini “ədalət və ləyaqəti müdafiə edən vətəndaş cəmiyyəti qrupları və insan hüquqları müdafiçilərinin yeni ifritə ovu” adlandırıb.

ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Keyl Braun Twitter-də bildirib ki, Rusiya hökuməti bu beş şəxsi “mediada xarici agent” kimi göstərməklə müstəqil mediaya təhlükə yaradaraq vətəndaş cəmiyyətinə qarşı repressiyaları intensivləşdirir."

Braun həmçinin qeyd edib ki, “Rusiya höküməti söz azadlığını, mətbuat azadlığını və toplaşmaq azadlığını məhdudlaşdırmaq gücünu əhəmiyyətli dərəcədə artıran və narahatedici faktları və müxalif səsləri boğmaq üçün əlavə vasitələrlə təmin edən bir sıra yeni qanunlar qəbul edir.”

“‘Xarici agent qanunu’na dəyişikliklər xüsusilə narahatedicidir və rəsmilərə ağır qeydiyyat və damğa tələblərini seçici şəkildə tətbiq etmək, təşkilatın fəaliyyətlərinə veto qoymağa və qanunu pozanları həbs etmək imkan verir. Biz Rusiyanı vətəndaşlarının haqlarına hörmət etməyə çağırırıq,” o əlavə edib.