Dövlət Departamentinin sözçüsü Ned Prays bəyan edib ki, Rusiyanın Ukraynanı və onun xalqını tabe etmək cəhdlərinin miqyası, əhatə dairəsi və vəhşiliyi dünyanı dəhşətə gətirməyə davam edir.
Bu vəhşiliyin Kremlin Ukrayna uşaqlarına etdiyindən daha bariz nümunəsi yoxdur. Dövlət Departamentinin dəstəklədiyi Münaqişələrin Müşahidə Mərkəzinin proqramının dəstəyi ilə Yale Universitetinin Humanitar Tədqiqatlar Laboratoriyasının hazırladığı yeni müstəqil hesabatda təfərrüatlı şəkildə Rusiyanın sistematik olaraq minlərlə Ukrayna uşağını 43 düşərgə və digər obyektlər şəbəkəsi vasitəsilə qeyri-müəyyən müddətə ailələrindən və ya qəyyumlarından uzaq, Rusiya Hökumətinin nəzarəti altında olan Ukrayna ərazilərinə və Rusiyanın özünə köçürmək səyləri təsvir edilir.
Belə görünür ki, düşərgələrin təxminən 75%-i indoktrinasiya mərkəzləridir və ukraynalı uşaqları Rusiya hökumətinin milli mədəniyyət, tarix və cəmiyyət anlayışına inteqrasiya etmək məqsədi ilə onları Rusiya mərkəzli akademik, mədəni, vətənpərvərlik və hərbi təhsilə məruz qoyur,” hesabatda deyilir.
“Bir çox hallarda Rusiya Ukraynadakı uşaqları pulsuz yay düşərgəsi adı altında müvəqqəti təxliyə etdiyi iddia edib, ancaq sonradan uşaqları geri qaytarmaqdan imtina edib və onların ailələri ilə bütün əlaqələrini kəsib,” Prays bildirib:
“Bu cür hərəkətlərin bu uşaqların inkişafına ciddi uzunmüddətli təsirləri olacağı aşkardır. Bu uşaqların göndərildiyi obyektlər şəbəkəsi Rusiyanın işğal etdyi Krımdan tutmuş, Rusiyanın özünə qədər, Qara dəniz regionundan tumuş ölkənin uzaq şərqinə qədər genişdir. Hesabatda pozuntu hallarına Rusiya hökumətinin bütün səviyyələrindən məmurları və digər şəxslərin cəlb olunudğu göstərilir.”
Prezident Baydenin bu yaxınlarda dediyi kimi, Rusiya “Ukraynanın gələcəyini oğurlamaq üçün ukraynalı uşaqları oğurlayıb”.
Prezident Baydenin bu yaxınlarda qeyd etdiyi kimi, Rusiya “Ukraynanın gələcəyini oğurlamaq üçün ukraynalı uşaqları oğurlayıb.”
“Rusiyanın Ukrayna uşaqlarını məcburi köçürmək, yenidən təhsil vermək və övladlığa vermək sistemi Kremlin Ukraynanın kimliyi, tarixi və mədəniyyətini inkar etmək və aradan qaldırmaq məqsədilə həyata keçirdiyi sistematik səylərinin əsas elementidir,” o deyib. “Rusiyanın uğursuz işğalçı müharibəsinin dağıdıcı təsirləri nəsillər boyu hiss olunacaq.”
Yale Universitetinin hesabatı və digər bənzər hesabatlar ABŞ və beynəlxalq təşkilatların Rusiya qüvvələrinin üzvləri tərəfindən Ukraynada törədilən müharibə cinayətləri və digər vəhşiliklərə görə cavabdehliklə bağlı qətiyyətlərini gücləndirir. Birləşmiş Ştatlar və beynəlxalq ictimaiyyət Ukraynanı və onun xalqını bu mənfur əməllərə görə ədalət axtarışında dəstəkləməkdə davam edəcək.