Suriya xalqına əlavə kritik yardım göndərilir

Suriyada 10 ildən çoxdur vətəndaş müharibəsi gedir. Bəşər Əsəd hökuməti 2011-ci ilin martından bəri amansızcasına öz xalqına hücum edir. Nəticədə bu gün Suriya münaqişəsi günümüzün ən böyük və ən mürəkkəb humanitar böhranına çevrilib. 12 milyon insan ya Suriya daxilində didərgin düşüb ya da qonşu ölkələrə qaçıb, Suriyada qalan insanların təxminən üçdə ikisinin, yəni 13.4 milyon insanın isə humanitar yardıma ehtiyacı var.

Birləşmiş Ştatlar və İtaliya bu yaxınlarda İŞİD-i Məğlub Etmək Koalisiyasının nazirlərinin iclası çərçivəsində Suriyadakı humanitar böhranı müzakirə etmək üçün görüş təşkil ediblər. Dövlət katibi Antoni Blinken deyib ki, “yardımı daha sürətli çatdırmağa ehtiyac var, xüsusilə də genişlənən sərhədlərarası yardım vasitəsilə ki, bu ərzaq, dərman, COVID vaksini və başqa həyat qurtaran yardıma ehtiyacı olan milyonlarda suriyalı üçün mühümdür.” Dövlət katibi Blinken eyni zamanda Birləşmiş Ştatların Suriya xalqına əlavə yardım göndərməyi planlaşdırdığını elan edib.

“Birləşmiş Ştatlar suriyalıları və onlara ev sahibliyi edən icmaları əlavə 436 milyon dollar humanitar yardımla təmin edir. Bununla da ABŞ-ın Suriyadakı böhrana cavab olaraq verdiyi ümumi yardım 13.5 milyard dollara çatır. Biz həmçinin gələcək iclasdan diqqəti Suriyada siyasi həll yolu tampağın yoluna yönəltmək üçün istifadə edəcəyik, çünki bu, Suriya xalqını barışmaq, sülh əldə etmək və həyatlarını yenidən qurmaq üçün təməllə təmin etməyin yeganə yoludur”

Bu açıqlama Suriya xalqı və humanitar yardım təşkilatları üçün mühüm bir zamana təsadüf edib.

“Biz region boyu qeyri-adi çətin şərait altında bu mürəkkəb böhrana cavab verən humanitar tərəfdaşlarımıza minnətdarıq. Mən başqa ölkələri də bizə qoşulub, suriyalılara və onlara ev sahibliyi edən icmaları mühüm humanitar yardımla təmin etməyə çağırıram.”