Taliban Mark Freriksi sərbəst buraxmalıdır

ABŞ-ın Hərbi Donanmasının veteranı Mark Freriks iki ildir əsir saxlanılır.

İllinoys ştatının Lombard şəhərindən mülki mühəndis və podratçı olan Freriks uzun müddətdir ki, Əfqanıstanda əfqan xalqına yardım məqsədilə inkişaf layihələri üzərində işləyirdi. Mətbuatda yer alan məlumatlara görə, o, 2020-ci ilin yanvarın 31-də əsir götürülüb. Freriksin Taliban tərəfindən saxlandığını bildirilir. Dövlət Departamentinin Ədalət üçün Mükadar proqramə hazırda Freriksin yerinin müəyyən edilib, xilas olunub, evə qaytarılmasına gətirib çıxaracaq məlumat üçün 5 milyon dollaradək mükafat təklif edir.

“Amerikalılar və ya hər hansı günahsız mülki vətəndaşların təhlükəsizliyinə təhdid yaratmaq hər zaman qəbuledilməzdir,” və əsir götürmək xüsusilə qəddarlıq və qorxaqlıq hərəkətidir,” Prezident Co Bayden Ağ Evin bəyanatında bildirib. “Taliban legitimlik istəklərinin nəzərə alınmasını gözləmədən öncəə Markı dərhal sərbəst buraxmalıdır. Bu müzakirə oluna bilməz,” o deyib.

Dövlət Departamentinin sözçüsü Ned Prays da bəyanatında bildirib ki, “Birləşmiş Ştatlar Talibanla hər görüşündə Markın məsələsini qaldırıb və biz açıq şəkildə bildirmişik ki, Talibanın istədiyi legitimlik onların ABŞ vətəndaşını əsir tutduqları zaman mümkün deyil.” Freriksin “azadlığa buraxılması bizim əsas, müzakirəyə açıq olmayan prioritetlərimizdən biridir,” sözçü Prays deyib. “Biz Taiban rəhbərliyinə açıq mesaj göndərməyə davam edəcəyik: Markı dərhal sağ-salamat şəkildə azad edin və əsir götürmək praktikasından imtina edin.”

Prezident Bayden Mark Freriks və xaricdə əsir və ya yanlış yerə həbsdə saxlanan başqa amerikalılar və onların yoxluğu səbəbilə kabus içində yaşayan ailələri və dostlarına müraciət edərək deyib ki, “Bilin ki, mənim administrasiyam öz iradəsinə qarşı haqsız yerə saxlanılan hər bir amerikalı evə qayıtması üçün əzmlə işləməyə davam edəcək.”