Taliban qadınların hüquqlarını  məhdudlaşdırmaqda davam edir

Dövlət Departamentinin sözçüsü Ned Prays Vaşinqtonda jurnalistlərə bildirib ki, Taliban Əfqanıstanda kəskin iqtisadi böhran və inklüziv idarəetmənin uğursuzluğunu həll etmək üçün qadınları sıxışdıran siyasəti tətbiq etməkdə davam edir.

O, Talibanın may ayında qadınların ictimai yerlərdə üzlərini örtməyi və ideal olaraq burka geyinməyi əmr edən fərman verməsindən sonra danışıb.

Sərəncam Talibanın sonuncu dəfə, iyirmi il əvvəl hakimiyyəti ələ keçirərkən qrupun qadınlara qoyduğu sərt məhdudiyyətlərə qayıtmasının növbəti siqnalıdır. Fərman, həmçinin qadınları vacib iş üçün lazım olmadıqca evlərdə qalmağa çağırır, qadınlar üçün qorxu və hədə-qorxu mühiti yaradaraq yeni geyim qaydalarına əməl etmədiyi hallarda kişi qohumlarının cəzalandırılmasını nəzərdə tutur.

Direktiv Talibanın qızların 6-cı sinifdən sonra təhsilə girişini qadağan edən 23 mart tarixli qərarından sonra verilib.

Dövlət Departamentinin sözçüsü Prays Talibanın qadınlara və qızlara qarşı son siyasətilə bağlı "dərin narahatlığını" ifadə edərək beynəlxalq ictimaiyyətin bir çoxuna qoşulub.

ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Tom Vest tvitter hesabında "Talibanın qadınlara qarşı siyasəti insan haqlarını pozur və onların beynəlxalq ictimaiyyətlə münasibətlərinə mənfi təsir göstir" - deyə, yazıb.

BMT-nin baş katibi Antonio Quterreş Talibanın fərmanından "narahat olduğunu" deyib və Talibanı "əfqan qadın və qızlarına verdiyi vədlərə əməl etməyə" çağırıb.

Prays qeyd edib ki, Taliban avqustda hakimiyyəti ələ keçirdikdən sonra beynəlxalq ictimaiyyət və ən əsası Əfqanıstan xalqı qarşısında qadın və qızların hüquqlarına hörmətlə yanaşmağa dair öhdəliklər götürüb. O bəyan edib ki, Birləşmiş Ştatlar müttəfiqləri və tərəfdaşları ilə vədlərini yerinə yetirmədikləri üçün Talibana təzyiqləri artırmaq üçün çalışacaq. O, "Biz bunu birbaşa Talibanla müzakirə etdik" deyib.

Səfir Linda Tomas Qrinfildin mayın 8-də CNN telekanalına bildirib ki, biz əfqan qadınlarına dəstək olmaq üçün mümkün olan hər şeyi etdik və Talibana hərəkətlərinə görə çağırışları davam etdidəcəyik”.

O qeyd edib ki, bu addım əfqan qadınlarının irəliləməsinə dəstək olmaq öhdəliyimizi ikiqat artırır.

"Bu arada, Birləşmiş Ştatlar Əfqanıstan xalqına dünyanın ən böyük humanitar yardım göstərən ölkəsi olmaqda davam edir", Prays əlavə edib.

"Taliban tərəfindən uğursuzluqların ortasında belə, Talibana fayda verməyən şəkildə birbaşa Əfqanıstan xalqını dəstəkləmək üçün.əlimizdən gələni edəcəyik".