Birləşmiş Ştatlar iqlim dəyişikliyini azaltmaq, afrikalılara onun təsirlərinə uyğunlaşmaqda kömək etmək və ədalətli enerji keçidini dəstəkləmək üçün bir strategiya hazırlamaq və həyata keçirmək məqsədilə Afrika ölkələri ilə əməkdaşlıq edir. "Afrika xalqları bu böhrana nisbətən az səbəb olublar, ancaq bundan qeyri-mütənasib şəkildə zərər görüblər," Dövlət Katibi Antoni Blinken deyib.
Katib Blinken bildirib ki, ortaq prioritetlərimizə nail olmaq üçün biz bərabərhüquqlu tərəfdaşlar kimi birlikdə işləməliyik. “Birincisi, biz ekosistemləri qorumaq üçün əməkdaşlıq edirik. Afrika iqlim dəyişikliyi ilə mübarizə üçün vacib olan dünyanın ən qiymətli ekosistemlərindən bəzilərinə sahibdir.”
"Konqo hövzəsindəki tropik meşələrinin davamlı idarə olunmasını dəstəkləmək üçün biz ABŞ hökuməti ilə Afrika və ABŞ QHT-lərini birləşdirən Mərkəzi Afrika Regional Ətraf Mühit Proqramına 600 milyon dollardan çox sərmayə qoymuşuq," o deyib.
Biz digər həyati vacib ekosistemləri qorumaq üçün Afrika hökumətləri, özəl sektor və vətəndaş cəmiyyəti arasında koalisiyalar qururuq.
İkincisi, biz, Prezidentin Uyğunlaşma və Davamlılıq üzrə Fövqəladə Hallar Planı vasitəsilə inkişaf etməkdə olan ölkələrdə yarım milyarddan çox insana iqlim dəyişikliyinin təsirlərini idarə etməkdə kömək etmək üçün onların hökumətləri ilə işləyirik. Birləşmiş Ştatlar Şarm əl-Şeyxdə keçirilən 27-ci İqlim Dəyişikliyi Konfransında Afrikada hava, iqlim və su müşahidə boşluqlarını doldurmağa və birlikdə erkən xəbərdarlıq sistemlərini inkişaf etdirməyə kömək etmək üçün 28,6 milyon dollar; regional risk sığortası hovuzlarını artırmaq üçün 24 milyon dollar; Afrika Uyğunlaşma Təşəbbüsünün Qida Təhlükəsizliyi Sürətləndiricisini işə salmaq üçün 25 milyon dollar; və bütün qitədə imkanların yaradılması üçün Qahirə Uyğunlaşma və Davamlılıq üzrə Öyrənmə və Mükəmməllik Mərkəzinin işə salınmasına dəstək üçün 10 milyon dollar vəd etdi.
"Üçüncü, biz təmiz enerji iqtisadiyyatına ədalətli keçidi inkişaf etdirmək üçün tərəfdaşıq edirik" Blinken deyib. “Afrika təmiz enerji keçidinin mərkəzində olacaq. Onun bərpa olunan enerji potensialı heç kimdən geri qalmır. Afrika bərpa olunan enerjinin saxlanması üçün batareyalar və külək turbinləri kimi təmiz enerji iqtisadiyyatını gücləndirəcək texnologiya üçün vacib olan bütün kritik mineralların təxminən üçdə bir hissəsinə ev sahibliyi edir.
Bunun üçün Birləşmiş Ştatlar Səhraaltı Afrikada 165 milyondan çox insanın daha təmiz, etibarlı enerjiyə çıxış əldə etməyə kömək edən Afrikanı Enerji ilə Təmin Et Prezident Təşəbbüsü kimi proqramları dəstəkləyir. Birləşmiş Ştatlar bu təşəbbüsə əlavə 290 milyon dollar investisiya edir.
“Bütün bu səylər iqlim dəyişikliyinin, bizim üzləşdiyimiz bütün digər çətinliklər kimi, əslində ilk növbəfə afrikalılar tərəfindən dəstəkləndiyini vurğulayır,” Blinken deyib. “Biz Afrikada, təkcə bu böhranın nəticələrini deyil, həm də həll yollarını görürük."