ABŞ-ın mətbuat azadlığına sadiqliyi

Nikaraqua.

“İfadə azadlığı hüququ, o cümlədən mətbuat azadlığı bizim yarımkürəmizdə və bütün dünyada ciddi problemlərlə üzləşir,”deyə dövlət katibi Antoni Blinken Los Ancelesdə keçirilən Amerika qitəsinin Media Sammitində bəyan edib. O, mediada üç ümumi problemi və Birləşmiş Ştatların onların həlli üçün nə etdiyini vurğulayıb.

Dövlət Departamenti dezinformasiya ilə mübarizə aparmaq üçün kollketiv şəkildə dövlətin maliyyələşdirdiyi propaqandaya qarşı mübarizə apara bilən jurnalistlər, vətənda cəmiyyəti və dövlət rəsmilərindən ibarət şəbəkə olan Amerika qitəsinin Rəqəmsal Kommunikasiya Şəbəkəsinin ilk mərkəzini yaradıb. Onlar həmçinin jurnalistlərin təhlükəsizliyi məsələsinə də diqqət yetirəcəklər.

Dövlət katibi Blinken deyib ki, bir digər problem yarımkürə boyunca mətbuat üzvlərinin üzləşməyə davam etdikləri təhdidlər, qısnamalar və zorakılıqlardır:

“UNESCO-nun öldürülən jurnalistlərə dair müşahidə qrupunun məlumatına görə, bu il bizim yarımkürəmizdə azı 17 jurnalist öldürülüb. Onlara mayın 9-da Meksikanın Verakruz şəhərində güllələnərək öldürülən El Veraz xəbər vebsaytının direktoru və müxbiri Yesenia Mollinedo və Şeila Cohana Qarsia daxildir. Dünyada jurnalistlər üçün bundan daha təhlükəli bölgə yoxdur.”

Hökumətlər ifadə azadlığını boğmaq üçün qanunvericilikdən istifadə edirlər. Buna misal Salvadorun bu yaz qəbul etdiyi bir sıra məhdudiyyətlərdir.

Kubada, Nikaraquada, Venesuelada sadəcə olaraq araşdırmaçı jurnalistika ilə məşğul olmaq belə cinayətdir.

Birləşmiş Ştatlar buna cavab olaraq bölgədə qanun aliliyini gücləndirməyə və hakim və müstəntiqlərə bu cür hücumları təhqiq edib, mühakimə etməklə bağlı təlimlər keçməyə çalışır.

USAID qlobal Jurnalistlərin Difamasiyadan Müdafiə Fondunu dəstəkləmək üçün 9 milyon dollarla təmin edəcək ki, bu ədalətsiz məhkəmə ilə üzləşən müxbirlər və xəbər təşkilatları maliyyələşdirəcək. Dövlət Departamenti həmçinin təhlükə altınd olan jurnalistləri müdafiə edim, təlim keçmək üçün Jurnalistlərin Müdafiəsi Platformasının yaranmasına 3.5 milyon dollar pul sərmayə qoyur.

Üçüncüsü isə Blinken deyib ki, ABŞ müstəqil medianı daha davamlı etməyə çalışır:

“Biz ehtiyatların az olduğu və qeyri-sabit şəraitdə çalışan medialara yardım məqsədilə Beynəlxalq İctimai Maraq Mediası Fonduna 30 milyon dollar, müstəqil media orqanlarının maliyyə davamlılığını yaxşılaşdırmaq üçün isə 5 milyon dollar vəd etmişik”

Blinken deyib ki, “insanlarımızın rifahı, icmalarımızın rifahı və demokratiyalarımızın rifahı üçün” Qərb yarımkürəsində müstəqil mətbuat indi həmişəkindən daha mühümdür.