İstanbul məhkəməsi Türkiyənin vətəndaş hüquqları fəalı və xeyriyyəçisi Osman Kavalanı hökuməti devirməyə cəhd etmək ittihamı ilə ömürlük həbs cəzasına məhkum edib.
Kavala ilk dəfə 2017-ci ildə İstanbulda 2013-ci ildə keçirilən Gezi Parkı etirazları ilə əlaqədar ittihamlarla həbs edilmişdi. Həmin nümayişlər o zamankı baş nazir Rəcəb Tayyib Ərdoğanın getdikcə avtoritar hal alan hakimiyyətinə qarşı bir il davam edən ölkə boyu hərəkata çevrildi.
Məhkəmə daha sonra Kavalaya Gezi Parki ittihmalrından bəraət qazandırdı və Kavalanın sərbəst buraxılmasına qərar verdi. Kavala bunun ardınca dərhal 2016-cı ildə azə 25 nəfərin ölümü və 110 mindən çox insanın, o cümlədən dövlət quluqçuları, müəllimlər, fəallar və jurnalistlərin həbsi ilə nəticələnən Prezident Ərdoğana qarşı çevriliş cəhdində iştirak etmək ittihamı ilə yenidən həbs olundu.
Kavalandan əlavə Türkiyə məhkəməsi daha yeddi nəfəri Ərdoğan hökumətini devirmək cəhdinə yardım etdiyinə görə 18 il həbs cəzasına məhkum edib. Onlar arasında 71 yaşlı memar Mucella Yapıcı, İstanbul Bələdiyyəsinin şəhər planlayıcısı Tayfun Kahraman və sənədli film rejissoru Çiğdem Mater var.
Birləşmiş Ştatlar məhkəmənin Osman Kavala və başqalarını mühakimə etmək qərarından dərin narahat və məyusdur. “Onun ədalətsiz şəkildə məhum olması insan hüquqlarına, fundamental azadlıqlara və qanunun aliliyinə hörmətlə ziddiyət təşkil edir,” Dövlət Departamentinin sözçüsü Ned Prays bəyanatında bildirib. “Biz Türkiyəni bir daha Avropa İnsan Hüquqları Məhkəməsinin qərarına uyğun olaraq Osman Kavalanı sərbəst, habelə ixtiyari həb olunan bütün digərlərini azadlığa buraxmağa çağırırıq.”
Birləşmiş Ştalar Türkiyədə vətəndaş cəmiyyəti, media, siyasi və biznes liderlərinin davamlı olaraq məhkəmələrlə, o cümlədən uzun həbs qətimkan tədbirləri, həddindən artıq geniş terrorizmə dəstək iddiaları və təhqirə görə cinayət işləri vasitəsilə təqib olunmalarından çox narahatdır.
“Türkiyə xalqı qisas qorxusu olmadan insan hüquqları və fundamental azadlıqlarından istifadə etməyə layiqdir,” sözçü Prays deyib. “İfadə azadlığı, dinc toplaşmaq və birləşmək hüququ Türkiyə konstitusiyasında və onun beynəlxalq hüquq öhdəlikləri və [Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı] qarşısındakı öhdəliklərinə yer alır. Biz hökuməti siyasi motivli təqibləri dayandırmağa və bütün Türkiyə vətəndaşlarının hüquq və azadlıqlarına hörmət etməyə çağırırıq.”